EN

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Biləsuvarda vətəndaşları qəbul edib

Bakı, 28 mart, AZƏRTAC

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli martın 28-də Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Biləsuvar, Cəlilabad rayonları və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, qəbulda vətəndaşların müraciətləri əsasən əkin subsidiyası, kənd təsərrüfatı təyinatlı kreditlərin verilməsi, sığorta ödənişləri və digər məsələlərlə bağlı olub.

Aparat rəhbəri Azad Cəfərli hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Daha sonra Azad Cəfərli rayonun Xırmandalı kəndində fermer Qalib Bağırovun taxıl sahəsinə baş çəkib, görülən aqrotexniki qulluq tədbirləri ilə tanış olub. Aparat rəhbəri, həmçinin kənddə pambıq əkininə hazırlıq işləri ilə maraqlanıb, fermer Gülhəsən Teymurovun arata qoyulmuş sahəsinə gedib.

Fermerlərlə görüşdə aqrar sahəyə dövlət dəstəyi tədbirləri, aqrotexniki tədbirlərin vaxtında və düzgün həyata keçirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Chosen
51
4
Sources
Comment ()
Close

Rating

Reyd olacaq: Normalara uyğun olmayan avtomobillərin sahibləri 50 manat cərimə olunacaqlar - VİDEO
16997
11-ci sinif şagirdini maşın vurub öldürdü - Foto
14907
Azərbaycanlı müğənninin maşında BİABIRÇI görüntüləri yayıldı. Görənlər ŞOK QINADI - VİDEO
10445
Səidə Sultan klipi üçün lüt soyundu
10325
34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir
9376
Faiq Sadıqov
9165
Azərbaycanlı müğənninin oteldən ŞOK BİABIRÇI görüntüsü yayıldı- VİDEOsu
5998
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
5938
Gənc aparıcı vəfat etdi - FOTO
5740
DƏHŞƏT: İtkin düşən 25 yaşlı qadın torpağa basdırılmış halda tapıldı – FOTO
5464
Rayon xəstəxanalarında həkim çatışmazlığı problemi hələ də həll edilməyibVİDEO
5413
10 yaşlı uşağın faciəvi ölümü
5377
17 yaşlı qız müəmmalı şəkildə öldü: “Tibb bacısı qızıma adını bilmədiyi iynəni vurub”
4939
Azərbaycanda yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA
4746
Bəzi yerlərdə leysan xarakterli yağış yağır - FAKTİKİ HAVA
4672
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
4283
Ruslan Müşfiqabadlının anası vəfat edib
3822
Bu gündən şimal-qərb küləyi güclənəcək, arabir yağış yağacaq
3392
Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür
3234
Aktrisa Çimnaz dekolteli gecəliyi ilə GÜNDƏMƏ GƏLDİ - VİDEO
3132