Avropa İttifaqının Ermənistandakı missiyası NATO missiyasına çevrilir.
APA xəbər verir ki, bunu “İzvestiya” qəzetinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
O deyib ki, Ermənistanla Rusiya arasında münasibətlərdəki vəziyyət Ermənistan rəhbərliyinin Rusiya ilə münasibətləri bilərəkdən pozan mövqeyinə görə nikbinlik yaratmır:
“Ermənistan rəhbərliyi, açığını desək, uydurma bəhanələrlə son üç-üç il yarımın tarixini təhrif edərək, bilərəkdən Rusiya Federasiyası ilə münasibətlərin pozulmasına gətirib çıxarır”.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.