EN

Azərbaycana gətirilən avtomobillərə görə alınan parklanma pulu kəskin artırıldıVİDEO

Hər gün ortalama 300 -dən çox nəqliyyat vasitəsi Qaradağ rayonu ərazisində yerləşən terminala daxil olur və hər nəqliyyat vasitəsinin girişinə görə əlavə pul alınır.

Xezerxeber.az-ın məlumatına görə, xarici ölkələrdən avtomobil gətirənlərin yolu mütləq bu terminalın parklanma yerindən keçir.

Vətəndaşlar deyirlər ki, əraziyə giriş üçün hər kəs fərdi qaydada pul ödəməlidir.

Vətəndaşlar onu da iddia edirlər ki, ödəniş üçün qəbz təqdim edilmir. Ödənişin edildiyini göstərən kağızın üzərində isə yalnız avtomobilin vin kodu, marka-modeli yazılır. Bildiriş kağızının üzərində ödənişin hansı qurumun və ya məhdud məsuliyyətli cəmiyyətin balansına keçməsi ilə bağlı isə heç bir məlumat yoxdur. Amma faktiki olaraq bu xidmət üçün hər il  milyonlarla manat ödənilir.

Sürücülərin sözlərinə görə, bütün TIR-lar avtomobili bu terminalın parklanmasına gətirir. Qiyməti ucuz alternativ heç bir məntəqə yoxdur. Son üç ildə isə qiymətlər elə 3 dəfə artıb. Bununla yanaşı, terminalın içərəsində olan bəzi xidmətlər də var ki, onların da ödənişi çoxalıb. Əgər avtomobil konteynerlə gəlirsə, vətəndaş giriş üçün 150 manat, konteynerin açılması xidmətinə görə isə əlavə 150 manat da ödəyir. Kənd təsərrüfatı, tikinti texnikaları üçün isə giriş 600 manatdır.

Məsələ ilə bağlı Dövlət Gömrük Komitəsindən isə “Xəzər Xəbər”ə bildirdilər ki, terminalın parklanma üçün olan duracağı onların balansında deyil. Ödənişləri parklanma xidmətini həyata keçirən məhdud məsuliyyətli cəmiyyət təyin edir.

Parklanma ödənişlərini toplayan məhdud məsuliyyətli cəmiyyəti tapmaq isə mümkün olmadı. Ərazidə xidmət aparan işçilər hər hansı məlumat vermək səlahiyyətində olmadığını bildirdilər. Əlimizdə olan bildirişlərdə də məhdud məsuliyyətli cəmiyyətin hansı VÖEN ilə fəaliyyət göstərməsi barədə heç bir məlumat olmadığından qiymətlərin niyə artması sualına cavab tapa bilmədik.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
72
5
Sources
Comment ()
Close

Rating

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28849
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27271
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
21039
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18210
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14863
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10695
Sabah 20 dərəcə isti olacaq
10333
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
9829
May ayında Azərbaycana qar yağdı - VİDEO
9075
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8963
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8622
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7571
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7283
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7219
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6968
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6858
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6689
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6669
Azərbaycan nefti ucuzlaşıb
6337
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6330