EN

“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev

“Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin 105 illiyi qeyd olunurdu. Mən onları təbrik edirəm. Həqiqətən də ölkədə sabitlik və əminamanlıq, dövlətin təhlükəsizlyii təmin olunub. Hər birimiz buna görə, onlara minnətdar olmalıyıq. Sabitlik həm də inkişaf və islahatların aparılması üçün imkanlar yaradır. Amma mən çox istəyərdim ki, Milli Məclisin xüsusi iclası çağırılısın. Xüsusilə də Rusiyadakı terror hadisəsindən sonra buna ehtiyac var”.

Aznews.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib. Millət vəkili bildirib ki, bu məsələ ilə bağlı görülən tədbirlər haqqında Milli Məclisə məlumat versinlər: “Milli Məclis təkcə qanunverici orqan deyil, həm də təmsilçilik funksiyasını yerinə yetirən kollegial orqandır. İnsan hüquqları komitəsi, hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Müdafiə, təhlükısizlik və korrupsiya ilə mübarizə komitəsinin birgə iclasında da belə bir dinləmə keçirmək olar. Yaxud plenar iclasda da qapalı iclas da keçirmək mümkündür”.

Millət vəkili əlavə edib ki, çox təəssüf ki, hələ də helikopterlərlə sanitar xidmət təşkil olunmayıb: “Bəzən magistral yollarda avtoqəzalar olur. Yaralıları avtomobillə gətirənə qədər xeyli vaxt itir. O gün cənab Prezident göstərdi və biz də böyük ruh yüksəkliyi ilə izlədik - yüzdən artıq yeni təcili tibbi xidmət maşını ayrıldı. Çox məmnun olardıq ki, onların arasında 1-2 ədəd də tibbi helikopter olardı. Xəstəxanaların heç birində sanitar helikopterlərinin enməsi üçün xüsusi meydançalar yaradılmayıb. Nə binaların damında, nə də həyətində belə meydançalar yoxdur. Vətən Müharibəsində gördük ki, yaralıları Badamdardakı helikopter meydançasına, oradan isə təcili tibbi yardım avtomobilləri ilə xəstəxanalara daşıyırdılar. Bakıda da həddindən artıq sıxlıq var. Bu yaxınlarda ictimai tədbirdə iştirak edirdim. Rusiyadakı terror hadisəsindən sonra Allah uzaq etsin, bizdə belə bir hadisə olsaydı vəziyyət necə ola bilərdi? Halbuki 1994-cü ildə Bakıda metroda terror aktı törədilib, 30-a yaxın insan həyatını itirdi, sonra həmin ilin martında və iyununda baş verən terror aktında 13 nəfər insan öldürüldü. 2009-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasında terror aktı zamanı 13 nəfər həyatını itirdi. Belə olan halda xüsusi xidmət orqanları əməkdaşlarının helikopterlərlə, kəndirlərə hadisə yerinə çatdırılması kimi təlimlər keçirilirmi? Bilirik ki, Fövqəladə Hallar Nazirliyi metroda və digər yerlərə təlimlər keçirir. Amma tutaq ki, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti ilə bağlı belə müzakirələrin keçirilməsi ümumi işimizin xeyrinə olar. Həm də hökuiməti ona çağırıram ki, Bakıdakı neftayırma zavodununun şəhərin mərkəzindən kənara çıxarılması barədə də düşünmək lazımdır. Orada texnogen qəza olsa bütün şəhər, insanlar ciddi ziyan görəcək”.

Chosen
91
Sources
Comment ()
Close

Rating

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
26113
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
17023
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16851
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15188
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13945
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11382
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
11107
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10655
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
10004
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9324
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7159
Səidə Sultan klipi üçün lüt soyundu
7105
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6135
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5906
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5590
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5166
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4939
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4541
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4254