EN

TƏCİLİ! Müharibə HƏR AN başlaya bilər: Vəziyyət çox ciddidir, təhlükə...

Avropa üçün müharibə xəbərdarlığı edən Polşanın baş naziri Donald Tusk Avropa İttifaqının bu müharibəyə hazır olmadığını etiraf edib.

Musavat.com xəbər verir ki, Almaniyanın “Die Welt” qəzetinə danışan Tusk vəziyyətin ciddiliyini vurğulayıb.

O, artan təhdidlər qarşısında diqqətli olmağın və kollektiv addım atmağın vacibliyini qeyd edib.

"Avropada müharibə real təhlükədir və Aİ buna hazır deyil. Mən bilirəm ki, bu, xüsusilə gənc nəsil üçün qorxulu səslənir, lakin biz yeni bir dövrün başladığına öyrəşməliyik: müharibədən əvvəlki dövr..." - nazir bildirib.

Mövcud böhranın görünməmiş xarakterini qeyd edən Tusk İkinci Dünya müharibəsinin nəticələri ilə müqayisələr apararaq qeyd edib ki, 1945-ci ildən bəri geosiyasi mənzərə bu qədər qeyri-sabit olmayıb:

660668d854980660668d8549811711696088660668d85497e660668d85497fjpg-1711696629.jpg

"Hazırda ən narahat edən şey, sözün əsl mənasında hər bir ssenarinin mümkün olmasıdır. Qarşıdakı iki il hər şeyi müəyyənləşdirəcək. Bizim əsas vəzifəmiz Ukraynanı Rusiya işğalından qorumaq, Ukraynanı müstəqil və bütöv bir dövlət olaraq saxlamaq olmalıdır. Bizə ABŞ ilə güclü müttəfiqlik lazımdır və eyni zamanda müstəqil müdafiədə özümüzü təmin etməliyik. ABŞ prezidentinin kim olmasından asılı olmayaraq, bizim vəzifəmiz transatlantik əlaqələri yaxşılaşdırmaqdır".

Tuskun açıqlamaları Rusiya prezidenti Putinin F-16-lara ev sahibliyi edən bölgələri qanuni hədəflər hesab edəcəyini açıqlayaraq NATO ölkələrini qorxutmasından bir gün sonraya təsadüf edib.

Putin qonşu ölkələri açıq şəkildə təhdid edib: “Əlbəttə, üçüncü ölkələrin hava limanlarından istifadə edilərsə, harada yerləşsələr də, bizim üçün qanuni hədəfə çevriləcəklər”.

Musavat.com

Chosen
164
22
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16041
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
15722
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15387
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13318
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
11959
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9505
"Zaur, yenə çaşdın..." - VİDEO
7852
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Minimum əmək haqqı nə qədər arta bilər?
5988
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
5906
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5084
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
4978
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4411
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4218
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4073
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3231
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3216
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
2978
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
2955
Aparıcı Namidə İsayevaya vəzifə verildi
2794