EN

Daniel Alves həbsdən çıxdı, ictimaiyyətin təpkisi ilə üzləşdi

Martın 25-də 1 milyon avro girov qarşılığında həbsdən buraxılmış, Braziliya millisinin sabiq müdafiəçisi Daniel Alves təpki ilə üzləşib.

Arena.az “Marca” nəşrinə istinadən məlumat verir ki, veteran futbolçu məhkəmədən çölə ayaq basması ilə onu qapıda gözləyən kütlənin böyük əksəriyyətinin təhqirləri ilə üzləşib:

“Alves, sənin kimisə zorlamaq üçün çoxlu pulun var, elə deyilmi?” – kütlədən kimsə qəzəblə səslənib.

“Braziliyada səni tez öldürəcəklər, narahat olma” – izdihamdan biri təhdidlə əlavə edib.

Sosial şəbəkələrdə isə Daniel Alvesə “söyüşün mini bir qəpikdəndir”. Ötənlərin məşhur futbolçusunun ünvanına təhqir və təhdidlər yağır. Bunların bəzən əndazəsini aşıb aşkar çirkaba çevrildiyi vurğulanır.

“Onlar etdiklərinin əvəzini ödəməlidirlər”

Bu arada, özünün ipə-sapa yatmaz xasiyyəti, tünd mizacı ilə səciyyəvi olan, Daniel Alvesin Braziliya millisində komanda yoldaşı olmuş məşhur Felipe Melo dilə gəlib və “adamzorlayan”ların törətdikləri mənfur əməllərə görə cavab veməli olduqlarını vurğulayıb:

“Mənim 15 yaşlı qızım var… Qızıma belə etsəydilər, çətin ki mən burada olub sizə bu müsahibəni verərdim. Onlar (Dani Alves və Robinyonu nəzərdə tutur) etdiklərinin əvəzini ödəməlidirlər. Bu, başqalarına bunu etməmək üçün dərs olmalıdır”, – jurnalist Zak Lou Felipe Melodan sitat gəitir.

Feminist cərəyanın çox qüvvətli olduğu İspaniyada isə ispan tələbə və fəal Manuella Tayler Medrado məhkəməyə ərizə ilə müraciət edərək, Daniel Alvesin doğulduğu Juazeyru şəhərciyində yerləşən, sabiq futbolçunun şərəfinə ucaldılmış heykəlinin götürülməsini tələb edib:

“Biz zorlama mədəniyyətinin adiləşdirilmədiyi bir cəmiyyət yaratmalıyıq. Bu heykəlin götürülməsi cinsi cinayətlərin rədd edilməli olduğu ismarışı vermək üçün əla fürsət olacaq”.

Daniel Alvesin heykəli 2020-ci ildə ucaldılıb və keçmiş futbolçunun qadına təcavüz etməkdə ittiham edilərək təqsiri sübuta yetirilib həbsə məhkum edilməsindən sonra dəfələrlə vandalizmə məruz qalıb.

Xatırladaq ki, martın 25-də Daniel Alves 1 milyon avro məbləğində girov müqabilində həbsxanadan buraxılıb. 40 yaşlı Dani Alves zorlama maddəsi ilə təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib. O, həmçinin zərərçəkmişə mənəvi təzminat kimi 150 min avro məbləğində ödənişə mükəlləf edilib.

Bununla belə, Alves hazırda hökmdən apellyasiya şikayəti verməkdədir. Veteran futbolçu tələb edilən girovu ödədiyi üçün apellyasiya prosesi zamanı evində qala bilər, amma Daniel bir sıra şərtlərə əməl etməlidir.

Daniel Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılırdı. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülmüşdü. Şikayət ərizəsinə baxılınca Dani Alves məhkəmənin müvafiq şərtləri altında evində azad yaşaya bilər.

Chosen
70
Sources
Comment ()
Close

Rating

Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
25630
Cavid Gülün həyat yoldaşı gözəlliyi ilə heyran etdi - FOTO
16671
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
15137
Bakıda hoteldə ölən dostlarla bağlı DETALLAR: Viskini içdikdən sonra... - FOTO
13878
Bakı ilə bağlı XƏBƏRDARLIQ - Saat 12-dən başlayaraq...
11300
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
10559
İbrahim Tatlıses Azərbaycanda çəkilən görüntülərinə görə əsəbiləşdi - VİDEO
10447
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
10072
Sumqayıtda ana və 2 azyaşlı övladı 11 gündür itkin düşüb – FOTO
9957
Aytən Səfərova qəzadan sonra ilk dəfə danışdı - VİDEO
9240
Bakıda anasını dostuna qısqandı, dəhşət saçdı - TƏFƏRRÜAT
7066
Səidə Sultan klipi üçün lüt soyundu
6962
Namiq Qaraçuxurlu başına gələn QƏZADAN DANIŞDI — VİDEO
6115
Elcan Rəsulov xəstəxanalıq oldu - FOTO
5878
Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA
5502
Anası ilə dostunun sevgi münasibətlərinin olmasından şübhələnib dəhşət saçdı - VİDEO
5469
Talıb Tale evlənir
5104
Evinə əxlaqsız qadınlar gətirən idmançının qətli ilə bağlı yenilik: Arvadının anlaqsız olması...
4519
Avtomobil sahiblərini məyus edəcək xəbər: Bu maşınlar qadağan ediləcək
4479
Azərbaycanın məşhur iş adamına ağır itki - FOTO
4109