EN

Uşaqlara pulsuz verilən dərman 1 aydır gömrükdə saxlanılır

Respublika Endokrinoloji Mərkəzində uşaqlara boy artımı ilə bağlı pulsuz verilən “Biosidus” firmasına məxsus hormon iynəsi tapılmır.   

Bu şikayətlə valideynlər müraciət ediblər. Qeyd edilib ki, problem artıq bir neçə həftədir ki, davam edir.

Onların sözlərinə görə, mütəmadi olaraq vurulmalı olan iynəni bu səbəbdən bir aya yaxındır ki, yubatmaq məcburiyyətində qalıblar: “Hər ay Endokrinoloji Mərkəzə müraciət edib iynəni götürürüdük. Martın əvvəlində yenə müraciət edəndə məlum oldu ki, iynə yoxdur. Mərkəzdən bizə deyirlər ki, iynələr sifariş olunub, lakin gömrükdə saxlanılıb. Səbəbini isə bilmirik”.

Şikayətçilər iynənin xüsusi temperaturda saxlanmalı olduğunu bildirirlər. Valideynlər qorxur ki, gömrükdə uzun müddət qalmaqla preparat öz keyfiyyətini itirə bilər: “Bu iynəni biz soyuducuda saxlayırıq. Hətta Mərkəzdən alıb evə gətirmək üçün də buz torbasından istifadə edirik. İndi gömrükdə hansı şəraitdə saxlanılır, niyə saxlanılır, bilmirik. Axı bu dövlət proqramıdır, uşaqları bu hormonsuz qoymaq olmaz”.

Yaranmış problemlə əlaqədar Dövlət Gömrük Komitəsinə müraciət etdik. Komitədən sorğumuza cavab olaraq bildirildi ki, qeyd edilən dərman vasitələri mart ayının 3-də ölkəyə gətirilib və mallar Bakı Karqo Terminalının anbarında xüsusi soyuducularda saxlanılır: “Yubanmanın səbəbi isə odur ki, idxalatçı şirkət ƏDV ilə bağlı ödənişlərinin həyata keçirilməsi üçün vəsaitinin olmadığını bildirərək qanunvericiliklə tələb olunan gömrük bəyannaməsini belə gömrük orqanlarına təqdim etməyib. Mallar gömrük bəyannaməsi ilə gömrük orqanlarına təqdim edildikdən sonra gömrük prosedurlarına uyğun olaraq əməliyyatlar həyata keçiriləcək və malların buraxılışı təmin ediləcək”.

Qeyd edək ki, bundan əvvəl də boy artımı üçün istifadə olunan “Norditropin” preparatının verilməsi ilə bağlı problem ortaya çıxmışdı. Təxminən 3 ay ərzində uşaqlara sözügedən iynənin verilməsində fasilə yaranmışdı. Həmin vaxt TƏBİB tərəfindən yayılan açıqlamada “Novo Nordisk” əczaçılıq şirkəti tərəfindən uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olunan dərman vasitəsinin istehsalının dayandırıldığı bildirilmişdi. Sonradan isə Respublika Endokrinoloji Mərkəzi hormon təminatı üçün başqa şirkətlə müqavilə bağlamışdı. 

Xatırladaq ki, həmin preparatla yalnız xüsusi komissiyada xəstənin sağlamlıq vəziyyəti, preparata ehtiyac səviyyəsi və əks-göstərişlər nəzərə alınmaqla imtiyazlı qrupa daxil olan xəstələr təmin olunur.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az

Aqreqator
Chosen
74
1
Sources
Comment ()
Close

Rating

Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
16615
İvana Sertin Şri-Lanka istirahəti - Fil ilə əyləncəli görüntüləri - FOTO/VİDEO
16191
Zaqatalada baş verən ağır yol qəzasının təfərrüatları məlum olub - YENİLƏNİB VİDEO
15668
Adəmin atası AZADLIĞA BURAXILDI - VİDEO
13740
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
12613
Lənkəranda meyiti tapılan 70 yaşlı qadınla bağlı bəzi təfərrüatlar məlum olub - FOTO - YENİLƏNİB
9762
"Zaur, yenə çaşdın..." - VİDEO
7948
Səhhəti pisləşən Elcan Rəsulovun vəziyyəti NECƏDİR? - ÖZƏL
6262
Minimum əmək haqqı nə qədər arta bilər?
6125
Çingiz Mustafayevin toyudur - FOTOLAR
6048
Öldürdüyü qardaşı 30 il əvvəl onu bıçaqlayıbmış...
6000
Elçin boşandığını etiraf etdi - FOTOLAR
5352
ATV-dəki verilişi yıxıb sürüdü... - Video
5275
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
4544
5 ailə üzvünü öldürən Əhməd azadlığa çıxır? - Vəkil açıqladı
4292
Oteldə zəhərlənən vəzifəlilərlə bağlı ŞOK İDDİA: Yanlarında qızlar olub? – VİDEO
4231
"Komedixana"nın ulduzları haralıdır? - SİYAHI
3299
Azərbaycanlı müğənninin konsertində qızlar SAÇ YOLDUYA ÇIXDILAR - VİDEO
3285
Qeyri-sabit, yağıntılı hava mayın 18-dək davam edəcək - XƏBƏRDARLIQ
3065
Bu şəxslərə Prezidentin fəxri təqaüdü veriləcək - SƏRƏNCAM
3028