EN

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

Bakı, 29 mart, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarəti davam etdirir.

Aİİ-dən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində institutun dekanı Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri Faiq Əhmədzadə və Əmir Kahayev Xəzər rayonunun Buzovna qəsəbəsində, Sabunçu rayonunun Maştağa, Zabrat və Ramana qəsəbələrində yaşayan I kurs tələbələrindən bir neçəsinin ailəsini ziyarət ediblər. Valideynlərə Aİİ-də yaradılmış tələbəyönümlü təhsil mühiti haqqında ətraflı məlumat verilib, gənclərin bilik və bacarıqlarının artırılması istiqamətində institutda təşkil olunan müxtəlif kurslar, həyata keçirilən inkişafetdirici layihələr barədə danışılıb. Tələbələrin əldə etdikləri nailiyyətlər, elmi və yaradıcılıq potensialı çərçivəsində onların perspektivləri haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.

Valideynlər Aİİ rektoru Aqil Şirinov başda olmaqla, rəhbər heyətin və müəllim kollektivinin tələbələrə qayğısını yüksək dəyərləndirdiklərini, həmçinin övladlarının gələcəkdə ilahiyyat sahəsində cəmiyyətə dini-mənəvi sahədə layiqincə xidmət edən peşəkar kadr kimi hazırlanması prosesində əməkdaşlığa hazır olduqlarını bildiriblər.

“Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, dövrün tələblərinə cavab verən dinşünas və islamşünas kadrların hazırlanması üçün ailə və təhsil qurumunun münasibətlərinin inkişaf etdirilməsi, imkanlarının dəyərləndirilməsidir.

Chosen
64
2
Sources
Comment ()
Close

Rating

Umayra Tağıyevadan TƏCİLİ AÇIQLAMA: Tədbir görülür 
28946
2 ay əvvəl itkin düşmüş qadının qəsdən öldürülməsi müəyyən olunub
27300
26 il əvvəl qaçırılan şəxs qonşunun zirzəmisindən tapıldı - VİDEO
21271
Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
18212
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
14887
Gələn həftə 3 gün iş olmayacaq? - RƏSMİ AÇIQLAMA
10761
Sabah 20 dərəcə isti olacaq
10357
Azərbaycanlı məşhurun hər kəsdən gizlətdiyi gözəl qızı - VİDEO
10033
May ayında Azərbaycana qar yağdı - VİDEO
9088
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
8990
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
8628
Zaur Baxşəliyevin ailəsində xoş gün!
7596
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
7293
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
7221
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6968
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
6873
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
6691
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
6672
Azərbaycan nefti ucuzlaşıb
6356
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
6338