EN

"Bank Respublika" vətəndaşa dollar satmaqdan imtina etdi - Ekspert: "Qanun pozuntusudur"

Redaksiyamıza müraciət edən A.İsmayıloğlu "Bank Respublika"dan şikayətçidir.

O bildirib ki, martın 16-da Bakı şəhəri, Səbail rayonu, Nefçilər prospekti 67 ünvanında yerləşən "Bank Respublika"nın filialında ona dollar satmaqdan imtina olunub:

"Bankdan 500 ABŞ dolları almaq istədim, amma bank işçisi məndən şəxsiyyət vəsiqəsi istədi. Mən də bildirdim ki, axı 500 dollardan yuxarı məbləğ olduqda şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. İradıma cavab olarak yenə deyildi ki, şəxsiyyət vəsiqəsi olmadan heç 1 dollar da sata bilmərik. Hətta həmin işçi mənə 2017-ci ildə bununla bağlı Mərkəzi Bankın qərarı olduğunu iddia etdi. Hansı ki, iki ay öncə xaricə gedərkən elə həmin filialda başqa bir işçi 500 dollar üçün şəxsiyyət vəsiqəsinə ehtiyac olmadığını bildirmişdi. Mən bunu xatırlatsam da, bank işçisi "şəxsiyyət vəsiqəsiz dollar satmırıq" deyib, imtina etdi. Üzərimdə şəxsiyyət vəsiqəsi olmadığı üçün də bankdan əliboş qayıdası oldum. Sayt vasitəsilə Mərkəzi Banka da müraciət edirəm ki, bu cür banklara nəzarət etsinlər, vətəndaşları incitməsinlər. Tutaq ki, bir toya gedirəm, 100 dollar pul yazılasıyam və buna görə bankda valyuta dəyişməliyəm. İndi 100 dollara görə şəxsiyyət vəsiqəsi göstərməliyəm?".

Maraqlıdır, "Bank Respublika" 500 dollara qədər məbləğ üçün vətəndaşdan nə üçün şəxsiyyət vəsiqəsi tələb edib? Sözügedən qərara hansısa dəyişiklik edilib?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətinin rəhbəri Namiq Əliyev söylədi ki, aşağıdakı proseslər şəxsiyyət vəsiqəsi ilə aparılır:

"Yerli bankların şöbələrinin fəaliyyəti ilə bağlı şərtlər və tələblər, habelə banklar, onların filial və şöbələri tərəfindən nağd qaydada valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”na əsasən, nağd xarici valyutanın bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satışı, habelə bir müştəridən 10 000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alışı müştərinin şəxsiyyətini təsdiq edən sənəd əsasında aparılır. Bununla belə, banklar öz fəaliyyətləri çərçivəsində risklərin idarə edilməsi və daxili nəzarət sistemləri prosedurlarını müəyyən edə bilərlər".

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanda bu məsələ o qədər qarışıq hala gəlib ki, artıq vətəndaşlar incidilir:

"Əslində 500 dollara qədər valyuta alanda və dəyişəndə şəxsiyyət vəsiqəsi tələb edilmir. Yəni artıq Mərkəzi Bank bununla bağlı rəsmi açıqlama da vermişdi. Amma nədənsə banklar özlərini sığortalamaq üçün bu qaydanı qəbul ediblər. Bu qaydanın özü belə o qədər də məntiqli qayda deyil. Tutalım, mənə 2000 dollar lazımdır, mən gəlib hər dəfə 490, 490, 490, 490 dollar alanda şəxsiyyət vəsiqəmi verməyəcəm və dolları alacam. Bu hansı məntiqdən irəli gəlir? Dollar alanda bu tələbi hardasa başa düşmək olar. Dolları satırsansa, şəxsiyyət vəsiqəsini tələb etməyə nə ehtiyac var burada? Yəni bu, tamamilə məntiqsiz bir qərardır. Amma məhz bu 500 dollara qədər olan şəxsiyyət vəsiqəsi tələbi isə qanun pozuntusudur".

Humay İSGƏNDƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
69
50
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17458
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12535
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9995
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4168
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3767
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3197
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3019
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2605
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2230
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2104
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1574
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1095
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1014
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
974
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
962
Mayın ilk gününün havası açıqlanıb
877
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777