EN

Rusiya İstintaq Komitəsindən “Crocus”dakı terrorla bağlı yeni AÇIQLAMA

Tarix: 8 Aprel 2024 20:46

Rusiya İstintaq Komitəsi "Crocus City Hall"un konsert zalında terror aktı törətməkdə təqsirləndirilən şəxslərlə Ukrayna xüsusi xidmət orqanları arasında əlaqə müəyyən edib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidməti məlumat yayıb.
Bildirilir ki, İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə artıq bu barədə məlumat verilib.
"İstintaq artıq terrorçuların cinayətə hazırlığının halları ilə bağlı əhəmiyyətli məlumatlar əldə edib ki, bu da onların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini göstərə bilər", - deyə komitədən vurğulanıb.
Xatırladaq ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı iştirakçılarının dindirilməsi videosunu dərc edib. Dindirilmələr zamanı həbs olunanlar əlaqə saxladıqları şəxsin adının "Sayfullo" olduğunu deyiblər. Bildirilib ki, o, bir ay ərzində hədəfi müəyyən edib və silahların çatdırılmasından tutmuş cinayətkarların Ukraynaya qaçış marşrutuna qədər zəncirin bütün halqalarını əlaqələndirib. "Crocus Siti"yə hücumun iştirakçıları terror aktından sonra Kiyevə qaçmaq niyyətində olduqlarını təsdiqləyiblər.



Martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində silahlı şəxslər "Crocus City Hall" konsert zalına hücum edərək tamaşaçılara atəş açıblar. Daha sonra yanğın törədiblər və avtomobillə faciə yerindən qaçıblar. Tezliklə Bryansk vilayətində hücumçular saxlanılıblar. Ümumilikdə terror aktına görə 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara qarşı cinayət işi açılıb və nəzarətə götürülüb. Son məlumatlara görə, "Crocus City Hall"da törədilən terror aktı nəticəsində 145 nəfər ölüb, 550 nəfər yaralanıb.
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
116
46
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
18585
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12987
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
10304
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4654
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
4337
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3453
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
3243
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2745
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2426
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2180
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1655
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1154
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1040
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1021
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
1005
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
997
Mayın ilk gününün havası açıqlanıb
921
Arda dubl etdi - VİDEO
813
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
813