EN

“Crocus”un yanğın təhlükəsizliyinə cavabdeh şəxsi saxlanıldı

Rusiya İstintaq Komitəsi \"Crocus City Hall”un konsert zalında baş verən hadisə ilə bağlı daha bir nəfər saxlanılıb.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə RT-nin hüquq-mühafizə orqanlarındakı mənbəsi məlumat verib. Bildirilib ki, \"Crocus City Hall”I yanğın təhlükəsizliyinə məsul şəxs və yanğından mühafizə sistemlərinə xidmət göstərən mühəndis saxlanılıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin \"Krokus Siti Holl”da baş vermiş terror aktı ilə bağlı aparılan istintaqın son nəticələrini dinləyib.

Rusiya İstintaq Komitəsi \"Crocus City Hall”un konsert zalında terror aktı törətməkdə təqsirləndirilən şəxslərlə Ukrayna xüsusi xidmət orqanları arasında əlaqə müəyyən edib.

stintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinə artıq bu barədə məlumat verilib.

\"İstintaq artıq terrorçuların cinayətə hazırlığının halları ilə bağlı əhəmiyyətli məlumatlar əldə edib ki, bu da onların Ukrayna xüsusi xidmət orqanları ilə əlaqəsini göstərə bilər”, - deyə komitədən vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti terror aktı iştirakçılarının dindirilməsi videosunu dərc edib.

Dindirilmələr zamanı həbs olunanlar əlaqə saxladıqları şəxsin adının \"Sayfullo” olduğunu deyiblər.

Bildirilib ki, o, bir ay ərzində hədəfi müəyyən edib və silahların çatdırılmasından tutmuş cinayətkarların Ukraynaya qaçış marşrutuna qədər zəncirin bütün halqalarını əlaqələndirib.

\"Crocus Siti”yə hücumun iştirakçıları terror aktından sonra Kiyevə qaçmaq niyyətində olduqlarını təsdiqləyiblər.

Martın 22-də Moskva vilayətinin Krasnoqorsk şəhərində silahlı şəxslər \"Crocus City Hall” konsert zalına hücum edərək tamaşaçılara atəş açıblar.

Daha sonra yanğın törədiblər və avtomobillə faciə yerindən qaçıblar. Tezliklə Bryansk vilayətində hücumçular saxlanılıblar.

Ümumilikdə terror aktına görə 11 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlara qarşı cinayət işi açılıb və nəzarətə götürülüb.

Son məlumatlara görə, \"Crocus City Hall”da törədilən terror aktı nəticəsində 145 nəfər ölüb, 550 nəfər yaralanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
113
46
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
23345
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
16129
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14552
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11438
Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
10090
Helikopterin qalıqları tapılıb
9848
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7222
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6710
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
5418
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5329
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5327
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4177
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4075
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3640
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2907
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2161
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
1809
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1724
Azərbaycan nefti ucuzlaşdı
1702