EN

Bu canlılar sayəsində yaşlanmaq tarixə qarışacaq

Alimlər aşkar ediblər ki, tardiqrad zülalları insan hüceyrələrində maddələr mübadiləsini ləngidə bilir və bu, qocalma prosesini yavaşladan texnologiyaların əsasını təşkil edə bilər.

Medicina.az xəbər verir ki, tardiqradlar (su ayıları) dünyanın ən dözümlü canlı formalarından biridir. Onlar ən ekstremal şəraitdə yaşamaq qabiliyyətinə malikdirlər.

Su ayıları tamamilə qurudulduqda, dondurulduqda, 150 dərəcə temperaturda qızdırıldıqda, insanın dözə biləcəyindən bir neçə min dəfə artıq işığa məruz qaldıqda və hətta kosmosda belə sağ qala bilirlər.

Əvvəlki araşdırmalar göstərmişdi ki, uzunluğu yarım millimetrdən az olan bu canlılar ekstremal şəraitə məruz qaldıqda bədənlərini qorumaq üçün vegetativ vəziyyətə keçirlər. Alimlər tardiqradların ətraf mühitin stresləri ilə qarşılaşdıqda bu müvəqqəti ölüm vəziyyətinə düşmək və çıxmaq üçün hansı mexanizmlərdən istifadə etdiyini öyrənməyə çalışırdılar.

İndi isə ABŞ-ın Wyoming Universitetinin rəhbərlik etdiyi tədqiqat qrupu tardiqradların həyat proseslərini yavaşlatmaq üçün hüceyrələrinin içərisində gel əmələ gətirən zülallardan istifadə etdiyini aşkarladı.

Onlar kəşf etdilər ki, bu zülallar insan hüceyrələrinə əlavə edildikdə, molekullar tardiqradlarda olduğu kimi gel halına gəlir və maddələr mübadiləsi yavaşlayır. Bir sözlə, bu, hüceyrələri müvəqqəti ölüm vəziyyətinə gətirir və stresə qarşı müqaviməti artırır.

Su ayılarının bəzi qabiliyyətlərini insan hüceyrələrinə qazandıran bu prosesin geri dönə bilən olduğu da müəyyən edilib.

"Stress aradan qaldırıldıqdan sonra, tardiqrad gellər əriyir və insan hüceyrələri normal halına qayıdır", - tədqiqatın həmmüəllifi Tomas Bufbi deyir.

Əvvəlki araşdırmalar, hemofiliyalı xəstələrin müalicəsində istifadə edilən əhəmiyyətli bir dərmanın müxtəlif növ tardiqrad zülalları ilə sabitləşdirilə biləcəyini üzə çıxarmışdı. Ən son tapıntı isə qocalmanı yavaşlatmaq üçün hüceyrələrdə və hətta bütün orqanizmlərdə müvəqqəti ölüm halına səbəb olan yeni texnologiyaların inkişafına səbəb ola bilər.

Araşdırmanın nəticələri, həmçinin tardiqrad zülallarının soyutma texnologiyasının olmadığı yerlərdə həyat qurtaran müalicələri insanlara çatdırmaq və kök hüceyrə kimi müalicələrin saxlama potensialını artırmaq üçün istifadə oluna biləcəyinə dair əlavə sübutlar təqdim edir.

 

Chosen
84
50
Sources
Comment ()
Close

Rating

Azərbaycanda 22 yaşlı tələbə qəsdən öldürülüb: Saxlanılan var
17594
Azərbaycanda 22 yaşlı tələbəni öldürməkdə şübhəli bilinən şəxsin görüntüləri yayıldı
15128
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
12592
Asif Əsgərov: Yanğın nəticəsində evlərə ziyan dəyib, xəsarət alan yoxdur
7748
May ayında Azərbaycana qar yağdı - VİDEO
7547
Bakıda qadın 202 nəfəri aldatdı - FOTO
6887
“Ağ çiçəyim”in külə dönməsinin SƏBƏBİ AÇIQLANDI - VİDEO
6826
Sabah 20 dərəcə isti olacaq
6027
Razılıq əldə olundu: Zəngəzur dəhlizi bu istiqamətdə AÇILIR - Mühim YENİLİK
5684
Zaur Baxşəliyevin ailəsində xoş gün!
5648
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
5502
Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - VİDEO
5485
“Ağ çiçəyim” gül mağazası YANIR - VİDEO 
5391
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
5171
Bu yol qovşağında təmir işləri aparılacaq
5155
Azərbaycanlının erməni qızı ilə VİDEOsu müzakirə yaratdı
4673
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
4546
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
4501
Azərbaycan nefti ucuzlaşıb
4336
Tiktokda saçını qırxıb etiraz edən qadın kimdir? - MARAQLI FAKT
4256