EN

Qarabağdakı abidələr “danışacaq”

Qarabağ və Şərqi Zəngəzurun zəngin mədəni irsi ilə bağlı məlumatlılığı artırmaq, Azıx mağarasının timsalında işğal dövründə dünya əhəmiyyətli tarixi-mədəniyyət abidələrimizə vurulan ziyanı beynəlxalq ictimaiyyətə çatdırmağı nəzərdə tutan layihənin icrasına başlanılıb.  Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə gerçəkləşdiirlən layihə “Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən icra olunur. 

“Torpaqlarımızın azad edilməsi işğal dövründə mədəni irsimizə vurulan ziyanı yerindəcə qiymətləndirmək, abidələrimizə qarşı həyata keçirilən erməni vandalizmini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı yaradıb. Həmçinin uzun illər həmin ərazilərimizdə olan tarixi-mədəniyyət abidələrimizi görə bilməyən gənc nəsil mədəni irsimizi yaxından tanımaq şansı qazanıb. Hazırda Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəniyyət abidələrimiz, onlara vurulmuş ziyan və bərpa işlərilə əlaqədar məlumatlandırıcı və təbliğedici resurslara ciddi ehtiyac yaranıb. Bu ehtiyacın qarşılanması üçün “Danışan abidələr” layihəsinin icrasına başlanılır”, - deyə İctimai Birlikdən bildirilib.

Qeyd olunub ki, layihə çərçivəsində işğal dövründə Azıx mağarasına vurulan ziyan, ermənilərin burada apardığı qanunsuz arxeoloji qazıntılar və hazırda abidənin bərpası ilə bağlı görülən işləri əks etdirən qısametrajlı film hazırlanacaq. “Vizual hekayələr vasitəsilə mədəni bərpa” yanaşmasının tətbiq ediləcəyi multimedia məhsulu öz innovativliyi ilə fərqlənəcək. Hazırlanacaq qısametrajlı film ingilis dilinə tərcümə ediləcək, təqdimatı keçiriləcək və sosial mediada geniş yayılacaq. 


Telegram kanalımız

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
72
Sources
Comment ()
Close

Rating

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
24397
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
13754
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
12064
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Helikopter qəzası ilə bağlı yeni xəbər
8767
7 yaşında atasını, gənc yaşda isə qardaşını itirən Abdullahianın həyatı...
6299
Rəisi öldü, Pakistanda matəm elan edildi
5881
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5809
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5621
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
4046
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3962
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3846
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3642
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
3498
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3179
Qəza Rəisi yox, bu şəxsə görə törədilib? - YENİ FAKT
2996
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2824
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797