EN

"Qəbələ"nin meneceri hakimi təhqir etdiyi üçün cəzalanıb, klub 4000 manat cərimələnib

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

AFFA İntizam Komitəsi "Qəbələ" klubunun meneceri Səbuhi Səfiyarlını 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.

"Report"un məlumatna görə, buna bölgə təmsilçisi rəsmisinin "Turan Tovuz"a 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXX turunun matçında hakimləri təhqir etməsi səbəb olub.

"Qırmızı-qaralar" 4000 manat cərimələnib, Səfiyarlıya 3 ay sınaq müddəti təyin edilib.

Bundan əlavə, hər iki klub əlavə 700 manat ödəməli olacaq. "Qəbələ"nin 4, Tovuz klubunun 5 oyunçusu sözügedən qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.

Chosen
49
8
Sources
Comment ()
Close