EN

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Naxçıvan, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sərginin açılış tədbirində rəsmi şəxslər, Naxçıvanda fəaliyyət göstərən rəssamlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, sərgidə 2012-ci ildən Naxçıvanı dünyada tanıtmaq məqsədilə keçirilən “Naxçıvan -Bəşəriyyətin beşiyi” Beynəlxalq rəsm festivallarında iştirak etmiş xarici və yerli rəssamların əsərləri nümayiş etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, Naxçıvanın muxtariyyəti xalqımızın və dövlətimizin tarixi nailiyyətidir. Naxçıvanın muxtariyyəti digər sahələrlə yanaşı, bölgənin mədəni inkişafına da töhfələr verib. İstər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində biz bu töhfələrin şahidi olmuşuq. Bugünkü tədbirin muxtariyyətin 100 illiyinə həsr olunması da Naxçıvan mədəniyyətinə və incəsənətinə mühüm töhfədir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən “Naxçıvan -Bəşəriyyətin beşiyi” Beynəlxalq rəsm festivallarının keçirilməsi də bu sahədə ilklərdən olub, diyarımızın qədim tarix və mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib.

Anar İbrahimov Naxçıvanda fəaliyyət göstərən rəssamlara bu yolda uğurlar arzulayıb, sərginin təşkilinə görə təşəkkür edib.

Türkiyə Respublikasının Naxçıvandakı baş konsulu Asip Kaya Türkiyə və Azərbaycan arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən, mədəni əlaqələrimizin davamlılığından danışıb, Naxçıvan Muxtar Respublikasının 100 illiyinin Türkiyədə müxtəlif tədbirlərlə və rəsm sərgiləri ilə qeyd olunmasını yüksək qiymətləndirib.

Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şüşə üzərində döymə əsərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimova hədiyyə edib.

Baxış zamanı məlumat verilib ki, sərgidə “Naxçıvan -Bəşəriyyətin beşiyi” Beynəlxalq rəsm festivallarında müxtəlif illərdə iştirak etmiş 52 rəssamın 54 əsəri nümayiş olunur. Əsərlərdə Naxçıvan təbiəti, abidələri, milli-mənəvi dəyərlərimiz rənglərin dili ilə dolğun şəkildə ifadə olunub.

Sərgi aprelin 20-dək davam edəcək.

Chosen
113
2
Sources
Comment ()
Close

Rating

Bakıda hoteldə yanğın başlayıb
1423
Evdə yaşayış olduğunu bilmirdik, gecədən-gecəyə gəlirmişlər: Qonşular danışdı -
989
Bu yol qovşağında təmir işləri aparılacaq
634
Sabah 5 kəndin qazı kəsiləcək
524
AFFA "Karvan"a bu qədər cəza "yüklədi"
442
Bakıda 9 otaqlı evdə yanğın baş verib
428
Bakıda 84 yaşlı kişi bərbərxanada dünyasını dəyişib - Məhkəmə qərar verdi
378
“Rövşən öpür, mən öpürəm. Səhərə qədər sevişirik onunla” – Elnarədən SƏMİMİ ETİRAF – VİDEO
365
Azərbaycanda təcili yardım maşını sosial şəbəkələrdə diqqət çəkdi - FOTO/VİDEO
320
"50 dəfə elçi göndərdim, gəlmədin” - Əlikram Bayramov
320
Məşhur futbolçu 32 yaşında öldü - FOTO
283
Çingiz Mustafayevin toyudur - FOTOLAR
232
Viza düzəltmək adı ilə 202 nəfəri aldadan qadın həbs edildi
231
"Qarabağ"ın Norveçdəki oyundan əvvəl son məşqi Bakıda olacaq
210
Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO
203
Türkmənistan sakini evlənib həyatının şokunu yaşadı
198
Gözəllik salonunda işləyən qadınların başına görün taksidə nə iş gəldi: Biri öldü - VİDEO
179
32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO
156
Prezident İlham Əliyev Slovakiyanın Baş nazirinə sui-qəsdlə bağlı paylaşım edib
98
Arvadını sevgilisi ilə birlikdə tutdu - Ölümündən əvvəl bunları paylaşdı - FOTO
93