EN

Avstraliya öz vətəndaşlarını İsraili tərk etməyə çağırır

Avstraliya hökuməti terror hücumları təhlükəsini əsas gətirərək, öz vətəndaşlarını imkan daxilində İsraili tərk etməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, Avstraliya XİN bununla bağlı bəyanat yayıb.

Qeyd olunub ki, İranın İsrailə pilotsuz uçan aparatlarla, raketlərlə hücumundan və ardınca isə İsrailin İsfahandakı hərbi bazanı hədəfə alması mülki şəxslərin həyatına olan təhlükənin səviyyəsini artırıb.

“Hərbi hücumlar hava məkanının bağlanmasına, uçuşların ləğv edilməsinə, təxribatlara səbəb ola bilər”, – bəyənatda qeyd olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
13
konkret.az

10Sources