EN

İsrail-İran müzakirəsi: İslam ölkələri nə etməli?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin xarici işlər naziri Samih Şükrini Dolmabaxça sarayında qəbul edib.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüşdə Türkiyə ilə Misir arasında ikitərəfli əlaqələr, İsrailin Qəzzaya hücumları ilə bağlı inkişaflar, qlobal və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı İsrailin Fələstin xalqına qarşı hücumlarının davam etdiyi üçün gərginlik və münaqişələrin bölgəyə sıçrama riskinin olduğunu bildirib.

Ərdoğan bütün regionun münaqişə spiralına düşməsinin qarşısını almaq üçün İsrail-İran gərginliyinin azaldılmasının vacib olduğunu və bunun üçün İslam ölkələrinin birgə fəaliyyət göstərməsinin vacib olduğunu bildirib.


Müəllif: Pərvin Cəfərova

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
106
Sources
Comment ()
Close