EN

Uzman uroloq-androloq Münasib Məmmədov fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək

Uzman uroloq-androloq, cərrah Münasib Məmmədov fəaliyyətini Xətai Tibb Mərkəzində davam etdirəcək.
 
Bu məlumat Aztibb.az-a Mərkəzdən verilib.
 
Bildirilib ki, Münasib Nəbi oğlu Məmmədov 1990-cı ildə Cəbrayıl rayonunda anadan olub. 2009-2015-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb.
 
O, 2015-2017-ci illərdə Akademik M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında rezident uroloq kimi fəaliyyət göstərib. Daha sonra Modern Hospitalda həkim-mütəxəssis işləyib.
 
2017-2023-cü illərdə Ankara Haccetepe Universiteti Urologiya kafedrasında uzmanlıq təhsili alıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
Sources
Comment ()
Close