EN

Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb

Xəbər verdiyimiz kimi, 23-26 aprel tarixlərində Bakıda Qırğız Mədəniyyəti Günləri keçirilir.

Mədəniyyət Nazirliyindən APA-ya verilən xəbərə görə, bu münasibətlə Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutovun rəhbərliyi ilə dost ölkənin incəsənət ustaları və bədii kollektivlərindən ibarət geniş nümayəndə Azərbaycana səfərə gəlib.

Aprelin 23-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov arasında görüş keçirilib.

Nümayəndə heyətini salamlayan nazir ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri münasibətilə təbriklərini çatdırıb, zəngin proqramı olan bu tədbirin qardaş qırğız xalqının çoxəsrlik mədəniyyətinin təbliği baxımından əhəmiyyətini yüksək qiymətləndirib.

Qeyd olunub ki, dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verib. Vurğulanıb ki, mədəniyyət sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur. Bakıda gerçəkləşən Qırğız Mədəniyyəti Günləri mədəni əlaqələrdə yeni səhifə açacaq.

Qırğız nazir Altınbek Maksutov səmimi qəbula və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Söhbət zamanı ötən il “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Azərbaycanın Şuşa şəhərinin qardaş ölkələrin sənət adamlarını və bədii kollektivlərini bir araya gətirdiyi bildirilib. Diqqətə çatdırılıb ki, qədim Şuşa 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib. Bu il Şuşa rəngarəng tədbirlərlə türk-islam dünyasının görüş məkanı olacaq.

Qırğız Respublikası mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajımaliyev müstəqillik tarixində ölkəsinin Azərbaycanda gerçəkləşən ilk mədəniyyət günlərini əlamətdar hadisə kimi səciyyələndirib.

Görüşdə iki ölkə arasında kitabxana və muzey işi üzrə əməkdaşlıq, eyni zamanda teatr sahəsində mübadilə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Adil Adil

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
68
6
Sources
Comment ()
Close

Rating

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8914
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5495
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5312
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5101
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4986
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3903
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3176
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3044
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3039
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2815
Sabah 20 dərəcə isti olacaq
2806
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2495
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2340
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2333
Röyanın biabırçı videosu yayıldı
2330
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2169
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2129
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2078
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1776
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1721