EN

Joze Mourinyo: “Qarşıda hələ uzun məşqçilik karyeram var”

Məşhur portuqal mütəxəssis Joze Mourinyo peşəkar məşqçilik karyerasındakı xüsusi məqamdan və gələcəyi haqda söhbət açıb.

Arena.az “The Telegraph” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikirlərini təqdim edir.

“Mour” “Portu”nun 2003/2004 mövsümü Çempionlar Liqasını qazandığı yarışın 1/8 finalında “Mançester Yunayted”ə qalib gəlməsini, öz məşqçilik karyerasında dönüş nöqtəsi olduğunu bildirib:

“Karyeram boyu çox qəribə bayramlar keçirmişəm, amma yəqin ki, bu hadisə mənim karyeramın istiqamətini dəyişmiş hadisə olub. Keçən gün küçədə bir oğlanla qarşılaşdım, o, soruşdu: “Bizim Portuqaliyada nə vaxt yenə belə bir şey olacaq?” Mən ona dedim ki, bir neçə aya Avropa çempionatını qazana bilərik, çünki bizim inanılmaz milli komandamız var – indiyə qədərki ən yaxşı komanda. Bəs Portuqaliyada, yenidən Çempionlar Liqasını qazanacaq klubla? Gəlin görək, qarşıdakı 20 ildə bunu edə biləcəyikmi…”, deyə Mourinyo bildirib.

Portuqal mütəxəssis məşqçilik gələcəyi haqda inamla danışıb: “Mənim 61 yaşım var və 65 yaşımda bu işi dayandırmaq istəmirəm. Heç bir halda. Qarşıda hələ uzun karyeram var”, deyə “Mour” vurğulayıb.

Xatırladaq ki, Mourinyonun son iş yeri “Roma” olub. Cari ilin yanvarın 16-da Joze Mourinyonun “Roma”nın baş məşqçisi vəzifəsindən gözlənilmədən istefaya göndərilməsi rəsmən açıqlanıb. Portuqal mütəxəssisin yerinə “Roma”nın keçmiş futbolçusu, italyan mütəxəssis Daniele De Rossi təyin edilib.

Hazırda işsiz olan portuqal mütəxəssisin adı ara-sıra “Barselona” və “Bayern” də daxil olmaqla, həmçinin Səudiyyə Ərəbistanı Peşəkar Liqası ilə əlaqələndirilir.

“Roma”nı çalışdırdığı müddətdə Mourinyo “canavarlar”ı ardıcıl iki dəfə avrokubokların finalına çıxarıb.

Mourinyonun rəhbərliyi altında “Roma” 2021/2022 mövsümündə Avropa Konfrans Liqasının ilk mövsümünün qalibi olub. 2022/2023 mövsümündə isə Mourinyonun yetirmələri Avropa Liqasının finalında “Sevilya”ya oyunsonrası penaltilərlə məğlub olublar. Beynəlxalq yarışlarda bu iki nəticə “Roma”nın futbol səhnəsində ən böyük tarixi uğurudur.

Mourinyo karyerası ərzində “Tottenhem”, “Mançester Yunayted”, “Çelsi”, “Real”, “İnter”, “Portu”, “Leyriya”, “Benfika” və “Barselona”nı çalışdırıb.

Xatırladaq ki, Joze Mourinyo tarixdə UEFA Çempionlar Liqasını, Avropa Liqasını və Avropa Konfrans Liqasını qazanmış ilk məşqçidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
126
30
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
35475
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24063
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18825
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14844
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
12375
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11597
Helikopterin qalıqları tapılıb
10982
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7715
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6858
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6371
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5652
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4618
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4332
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3825
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3317
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3041
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2321
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2244