EN

Polyaklar gənc ukraynalı kişiləri görəndə... - Nazir

Polşa hərbi çağırış yaşında olan ukraynalı kişiləri ölkəsinə qaytarmağa kömək edə bilər.

Axar.az xəbər verir ki, bu barədə Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib.

“Düşünürəm ki, bir çox polyaklar otellərdə və kafelərdə gənc ukraynalı kişiləri görəndə və Ukraynaya kömək etmək üçün nə qədər səy göstərməli olduğumuzu eşidəndə qəzəblənirlər”, - deyə nazir bildirib.

Qeyd edək ki, Ukrayna hökuməti hərbi çağırış yaşında olan kişilərə pasportların xarici diplomatik missiyalarda deyil, yalnız ölkə daxilində verilə biləcəyi qaydalarını açıqlayıb.

Nəticədə xaricdə yaşayan 18-59 yaş arası ukraynalı kişilər pasportlarını yeniləyə və yeni pasport ala bilməyəcəklər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
135
50
Sources
Comment ()
Close