EN

İlham Əliyevdən İrəvana mühüm ÇAĞIRIŞ

“Cənubi Qafqazda gəlmək istəyən digər qüvvələrə gəldikdə, biz buna, əlbəttə ki, xüsusi diqqət yetirməliyik və öz resurslarımızı lazımi qaydada ölçməliyik. Demək istəyirəm ki, Azərbaycan olaraq, biz həmin prosesi necə apara bilərik, yaxud ona necə təsir göstərə bilərik”

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” adlı  beynəlxalq forumda ABŞ-ın Prinston Universitetinin professoru, Diplomatiya Tarixi və Təcrübəsi Proqramının direktoru Maykl Reynoldsun sualını cavablandırarkən deyib.


“Əsas narahatlıq Ermənistanda potensial və mövcud revanşist meyillərdir. Bizim narahat olmağa tam haqqımız var, çünki Ermənistan bizə qarşı təcavüz edib, ərazimizi işğal edib, bir milyon insanı öz evlərindən qovub, ərazilərimizi talayıb və hər şeyi dağıdıb, ərazimizin 20 faizini yerlə-yeksan edib.

Beləliklə, Ermənistanda baş verənlərin hamısına çox ciddi yanaşmaq üçün tam haqqımız var. Ancaq biz onların daxili işlərinə və ya uzaqda yerləşən başqa ölkələrlə münasibətlərinə heç bir halda qarışmırıq. Biz heç vaxt heç bir ölkənin daxili işinə qarışmırıq və bunu bütün qonşularımız bilir. Amma bu, bizim milli təhlükəsizliyimizlə bağlı bir məsələdir. Biz Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı necə silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini, sanki bizə nəyisə sübut etməyə çalışdığını görüb, sakit oturub gözləyə bilmərik. Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq. Bəziləri təhlükəli, bəziləri isə təhlükəli olmayan, amma bu o dərəcədə vacib deyil, həmin silahlar Ermənistana çatdırılır. Ona görə bir daha bu platformadan istifadə edərək Ermənistana mesajım budur ki, bunu etməyin. Yenə deyirəm, mənim mesajım qətiyyən təkəbbürlü xəbərdarlıq kimi qəbul edilməməlidir. Xeyr. Onların nə etməsindən asılı olmayaraq, müdaxilə etməyəcəyəm. Bu, onların həyatı və onların ölkəsidir. Amma onlar bizə qarşı hərbi güc nümayiş etdirəndə, bəzən öz qoşunlarını sərhədimizdə cəmləyəndə biz sakit otura bilmərik. Bu, bizim təhlükəsizliyimizdir və narahat olmağa haqqımız var. Ona görə də mənim onlara və onlardan Azərbaycana qarşı forpost kimi istifadə etmək istəyənlərə mesajım budur ki, bunu etməyin”, - Prezident vurğulayıb.

İlham Əliyev deyib ki, Ermənistana nə qədər silah göndərilsə də, onların Azərbaycana qarşı heç bir şansları yoxdur.

“İkinci Qarabağ müharibəsi də bunu nümayiş etdirdi. Cəmi 44 gün adi insanların, sadəcə, gəzintiyə çıxa bilmədiyi dağlara çıxdıq və biz bunu yüngül silahlarla etdik, onların ordusunu tamamilə məhv etdik.

Separatizmə son qoyduğumuz bir neçə saatlıq antiterror əməliyyatı ilə də biz onlara gücümüzü nümayiş etdirdik”.

Prezident xatırladıb ki, bütün olanlara rəğmən, Azərbaycanın Ermənistana qarşı yenə də pis niyyəti oxdur:

“Bizim onların ərazisinə heç bir iddiamız yoxdur, amma onlar başa düşməlidirlər ki, birincisi, bu silahlar onlara kömək etməyəcək. İkincisi, bu, təhlükəlidir və mənim vəzifəm onlara, həmçinin onların arxasında duran və onları manipulyasiya edənlərə xəbərdarlıq etməkdir ki, bu, həqiqətən təhlükəlidir və onlar mənim dediklərimə qulaq asmalıdırlar. Çünki bilirlər ki, sözlərimə qulaq asmalıdırlar. Mənim tövsiyəm budur. Bundan başqa, Ermənistan qlobal qarşıdurma üçün digər bir namizəd ola bilər. Təəssüf ki, bizim sərhədlərimizə yaxın bu hallar da mövcuddur. Beləliklə, bunlardan Qərblə Rusiya arasında qlobal qarşıdurma üçün istifadə oluna bilər və əgər bu, onlar üçün ən yaxşı ssenaridirsə, qərar onlarındır. Ancaq bu, fəlakət ola bilər”.

Azərbaycan Prezidenti Ermənistanı sözdə dəstəkləyənlərə mesaj ünvanlayıb:

“Bu gün onlara hərtərəfli və davamlı dəstək vəd edənlər, əgər ilk güllə sərhəddə atılsa qaçacaqlar. Mən tam əminəm. Avropalı sülh müşahidəçiləri adlanan, bizə qarşı binokl diplomatiyasından istifadə edib nə isə nümayiş etdirməyə çalışan, - bilmirəm nə nümayiş etdirmək istəyirlər, - ehtiyatda olan hərbçilər və polislər bizim cavab vermədiyimizə görə bizə minnətdar olmalıdırlar. Əminəm ki, ciddi bir şey olsa, onlar qaçacaqlar. Deməli, biz vəziyyəti belə görürük və yenə də regionda təhlükəsizliyə, sabitliyə gedən yol Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasından keçir”.

Dövlət başçısı Ermənistanı normal qonşu olmağa çağırıb:

“Onlar, yəni, Ermənistanı nəzərdə tuturam, normal qonşu olmağı öyrənməli, qonşularına qarşı ərazi iddialarına son qoymalıdırlar. Biz bəzi müsbət tendensiyaları görürük. Lakin bu, kifayət deyil. Bu, yalnız sözlərdir və biz onların fikirlərini necə dəyişdirə biləcəyini bilirik. 2019-cu ildə deyirdilər ki, “Qarabağ Ermənistandır” və bu, müharibənin başlanmasına təkan verdi. İndi isə “Qarabağ Azərbaycandır” deyirlər.

Bilmirəm, bəlkə beş ildən sonra ölümcül silahlarla təmin olunanda yenə deyəcəklər ki, “Qarabağ Ermənistandır”. Biz nə edək? Biz gözləyə bilmərik. Bu məsələni qaldırdığınız üçün təşəkkür edirəm. Hesab edirəm ki, bu, İrəvana mesaj göndərmək üçün yaxşı bir fürsət idi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
10
Sources
Comment ()
Close

Rating

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8908
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5491
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5308
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5100
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4985
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3903
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3174
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
3036
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3035
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2815
Sabah 20 dərəcə isti olacaq
2805
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2490
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2335
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2333
Röyanın biabırçı videosu yayıldı
2322
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2168
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2129
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2078
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1776
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1721