EN

Millət vəkili: "İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfərinin əsas mahiyyəti..."

"Aprel ayının 22-də Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri iki ölkə arasında müttəfiqlik münasibətlərinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.  Azərbaycan və Rusiya arasında tarixdən gələn qonşuluq, müttəfiqlik münasibətləri ötən dövr ərzində yüksək inkişaf mərhələsi keçmişdir. Qeyd etmək lazımdır ki, Rusiya  Azərbaycanın şanlı Qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələnən İkinci Qarabağ müharibəsini başa çatdıran 2020-ci il 10 noyabr müqaviləsinin imzalanmasında müstəsna rol oynamışdır. Bununla da, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunması istiqamətində  mühüm addımların atılması üçün zəmin yaranmışdır. Onu da qeyd edək ki, səfər çərçivəsində cənab Prezident iki ölkənin xalqları arasında tarixdən gələn dostluğun və əməkdaşlığın təcəssümü olan Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirak etmişdir.  Tədbirdə Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsindəki müstəsna xidmətlərinin xatırlanması  və Ümummilli Liderin xatirəsinə yüksək ehtiramın nümayiş olunması  ölkələrimiz arasında münasibətlərin nə qədər dərin köklərə malik olduğunun növbəti dəfə təzahürüdür"
Bu fikirləri Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat bildirib ki, Azərbaycan-Rusiya əlaqələri dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun olaraq hazırda sürətlə inkişaf etdirilir:
 "Ölkələrimizin qarşılıqlı əlaqələrində siyasi münasibətlər mühüm yer tutur. İkitərəfli münasibətlərin hüquqi bazasını təşkil edən əsas sənəd Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci il iyulun 3-də imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqavilə”dir. 2002-ci ilin yanvarında Ulu Öndər Heydər Əliyevin Rusiyaya dövlət səfəri isə iki qonşu dövlət arasında münasibətlərdə tamamilə yeni mərhələnin əsasını qoyub. Həmin səfər zamanı imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizində əməkdaşlıq prinsipləri haqqında Birgə Bəyannamə” Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından mühüm sənəd olub. Bu sənəd Rusiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişafını nümayiş etdirib. 
Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə görüşündə çıxışı zamanı cənab Prezident ölkələrimiz arasında münasibətlərin inkişafını xüsusi vurğulayaraq deyib: “Tarixin müxtəlif məqamları ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır, münasibətlərimizin gələcəkdə də ardıcıl inkişafına töhfə verir.” Bəli, ötən illər ərzində Azərbaycan-Rusiya münasibətlərinin inkişafına çox ciddi təkan verən tarixdə dərin izlər qoyan mühüm hadisələr baş verib. Bu baxımdan 2022-ci il fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannaməni xüsusilə qeyd etmək lazımdır. Bu Bəyannamə xalqlarımız arasında tarixi dostluq və mehriban qonşuluq ənənələrinə, dərin mədəni və humanitar əlaqələrə əsaslanaraq, dövlətlərarası münasibətlərimizi keyfiyyətcə yeni - müttəfiqlik səviyyəsinə qaldırıb. Qeyd edək ki, Moskva bəyannaməsinə uyğun olaraq ikitərəfli münasibətlərimizdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində atılan addımlar regionda sülh və əmin-amanlığın bərqərar olması baxımından olduqca önəmlidir".
Millət vəkili Tamam Cəfərova Azərbaycan və Rusiya arasında humanitar əlaqələrin yüksək səviyyədə olduğunu deyib. O, qeyd edib ki, humanitar əlaqələr iki ölkə arasında münaisbətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir. Beləki, Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır. Bu, onilliklər ərzində xalqlarımızı birləşdirən bütün yaxşı cəhətlərin qorunmasında, dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrinin güclənməsində və inkişafında mühüm əsaslardan birini təşkil e

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
Sources
Comment ()
Close

Rating

Lerikdə uçqun baş verən ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülüb
17870
Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
14669
Ramiz Tahirovun yerinə bu general təyin edildi - Foto
9623
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
8241
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
7314
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
7099
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
7074
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
7019
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
6920
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
6657
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
5633
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
5383
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
5180
İntim videolar çəkən polkovnik şikayətini geri götürdü
5007
“İçkimə nəsə qatmışdılar, həmin gecədən…“ - Rozadan şok açıqlama
4792
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
4538
Sabah 20 dərəcə isti olacaq
4201
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
3973
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
3338
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
3258