"Azergold" QSC və Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi arasında məhkəmə çəkişməsi 5 aydır, davam edir.
Pravda.az-ın xəbərinə görə, QSC-nin iddiası əsasında növbəti məhkəmə iclası (şifahi məhkəmə baxışı) Bakı İnzibati Məhkəməsinin hakimi Həmid Ağalarovun sədrliyi ilə iyunun 6-da keçiriləcək.
Məhkəmənin ilk hazırlıq iclası 2023-cü ilin dekabrın 6-da keçirilib.
İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir.
Xəyal Quliyev
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.