EN

Avşar Gürdal: Azərbaycanın rəqəmsal ödəmələrə uyğunlaşma sürəti dünyanın digər ölkələrindən çox yüksəkdir

“Azərbaycanda təmassız ödənişlərin ümumi ödənişlərdəki payının 60-70%-dək artacağını gözləyirik”.

APA-Economics” xəbər verir ki, bunu “Mastercard” beynəlxalq ödəniş sisteminin Azərbaycan və Türkiyə üzrə Baş Direktoru Avşar Gürdal keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu əsasən Azərbaycanın yeni texnologiyalara uyğunlaşma sürətinin dünyanın digər ölkələrindən çox yüksək olması ilə əlaqədardır.

“Əhalinin gənc olması, texnologiyalara maraq, Mərkəzi Bankın atdığı addımlar rəqəmsal ödəmələrin artmasına təsir edir. Bunun nəticəsidir ki, Azərbaycanda NFC ödəmələri 30%-ə çatıb” - Avşar Gürdal əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
23
Sources
Comment ()
Close