EN

Paytaxt sakini Ağsuda narkotiklə saxlanıldı

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bakı şəhər sakini, əvvəllər də analoji və digər cinayətlərə görə dəfələrlə məhkum olunmuş Feyzi Məhərrəmov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə F.Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
71
13
oxu24.com

10Sources