Aprelin 27-si saat 09:00-dan aprelin 28-i saat 22:00-dək paytaxtın Elşən Süleymanov küçəsində (Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az -a məlumat verilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.
AzVision.az