EN

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başladı

Avropa İttifaqının maliyyələşdirdiyi “Vaksinasiyaya dəstək” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ilə birlikdə Azərbaycanda Avropa İmmunlaşdırma Həftəsi və Genişləndirilmiş İmmunizasiya Proqramının 50 illiyinin qeyd olunması münasibətilə silsilə tədbirlər keçirməyə başlayıb.

Bu barədə Medicina.az-a ÜST-ün ölkəmizdəki nümayəndəliyindən məlumat verilib.

1974-cü ildə ÜST-nin təşəbbüsü ilə yaradılmış Genişləndirilmiş İmmunizasiya Proqramı ilk gündən etibarən peyvənd kampaniyaları vasitəsilə icmaların həyati təhlükəsi olan xəstəliklərdən qorunmasında mühüm rol oynayıb. Həmin proqram hər il 5 milyona qədər insanın həyatını xilas etməklə XX və XXI əsrlərin ən böyük ictimai səhiyyə uğurlarından birinə çevrilib. Son beş onillikdə proqram sayəsində çiçək xəstəliyinin aradan qaldırılması və ÜST-nin Avropa Regionunda 2003-cü ildə poliomielitin eradikasiya olunması da daxil olmaqla mühüm nəticələr əldə edilib. Bundan əlavə, qızılca, məxmərək və digər yoluxucu xəstəliklərin yayılmasında əhəmiyyətli dərəcədə azalma baş verib.

İmmunlaşdırma Proqramı sahəsindəki uğurları qeyd etmək və peyvəndin əhəmiyyəti haqqında məlumatlılığı artırmaq üçün Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində Azərbaycanda silsilə tədbirlər təşkil olunub.

Aprelin 23-27-də “Hər evdə TƏBİB” kampaniyası çərçivəsində yaradılmış səyyar həkim briqadaları Ağdaş rayonuna səfər ediblər. Onlar kəndləri ziyarət edərək immunizasiya və digər ilkin səhiyyə xidmətləri göstəriblər. Bakıdan dəvət olunmuş pediatrlar valideynlərlə maarifləndirici görüşlər keçirərək onları övladlarını peyvənd etməyə təşviq ediblər.

Qeyd edək ki, kampaniyadan əvvəl səyyar briqada heyəti və icma liderlərinin ən son bilik və bacarıqlarla təchiz olunmasını təmin etmək üçün təlimlər keçirilib.

Kampaniya müddətində əhaliyə uşaqların immunizasiyası və valideynlərin peyvənd tərəddüdü ilə bağlı suallarını cavablandırmaq məqsədilə hazırlanmış müxtəlif növ maarifləndirici materiallar təqdim olunur.

Xatırladaq ki, Azərbaycanda rutin immunlaşdırma proqramlarının gücləndirilməsi məqsədilə ÜST-nin ölkəmizdəki nümayəndəliyi 2021-ci ilin iyunundan etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə üç illik “Vaksinasiyaya dəstək” layihəsini həyata keçirməyə başlayıb. Layihə Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycana davamlı dəstəyinin tərkib hissəsidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
34
4
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
44189
Abdullahianın cəsədi tapıldı - FOTO
32375
Helikopter qəzasına görə azərbaycanlı fəal həbs edildi
26625
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24761
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
20139
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
17744
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
15152
Helikopterin qalıqları tapılıb
11760
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11711
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
8161
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"İran prezidentinin ölümündə bu ölkə günahkardır" - Keçmiş nazirdən İDDİA
7928
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6963
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6919
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5910
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5470
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
5356
"Kurtlar Vadisi"ndəki helikopter qəzası səhnəsi yenidən gündəm oldu - VİDEO
4869
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4461
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3965