Premyer Liqanın 32-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.
Sportinfo.az xəbər verir ki, 6 komandadan cəzalı duruma düşən 8 futbolçu meydana çıxmaqdan məhrumdur.
Ən ağır zərbə “Neftçi”ylə “Turan Tovuz”a dəyib. Turun ən diqqətçəkən matçında üz-üzə gələcək bu komandalardan 4 futbolçu cəzalıdır.
Vərəqə limitini dolduranların ümumi siyahısı belədir:
Mark Tamaş, Yeqor Boqomolski (hər ikisi “Neftçi”), Denis Marandiçi, Ayxan Hüseynov (hər ikisi “Turan Tovuz”), Adi Mehremiç (Səbail), Ceyhun Nuriyev (Zirə), Sofyan Çakla (Sabah), Mehti Cənnətov (Sumqayıt).
Aprelin 27-də “Sabah” – “Səbail”, ertəsi “Qəbələ” – “Kəpəz”, “Neftçi” – “Turan Tovuz”, “Sumqayıt” – “Qarabağ”, aprelin 29-da “Zirə” – “Araz-Naxçıvan” görüşləri baş tutacaq.
HƏBİB
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.