Bütün dünya ölkələrində müzakirə olunan mövzulardam biri ekologiyanın çirklənməsi ilə bağlıdır.
Ətraf mühitin çirklənməsinin bir səbəbi zavodlardan atılan tüstülər, zərərli maddələrdirsə digər bir səbəbi avtomobillərdən həddindən artıq istifadə olunmasıdır. Bəs ekologiyanın çirklənməsinə səbəb olanlar hansı avtomabillərdir?
Nəqliyyat üzrə ekspert Arzu Kürsüm Babazadə "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, ekologiyaya ən çox zərər vuran benzinlə işləyən avtomobillər və elektron mobillərdir: "Hər kəs elə başa düşür ki elektromobillər ekologiya üçün daha yaxşıdır. Lakin bunun tam əks prosesi baş verir. Onlara enerji yığmaq üçün istehsal olunan elektrik ekologiyaya daha çox zərər verir".
Ekspert bildirir ki, ekologiyaya zərər vuran avtomobillərinin azaldılması üçün ictimai nəqliyyat, metro fəaliyyəti daha çox artırılmalıdır: "Bundan əlavə motosiklet, velosiped kimi nəqliyyat növləri də təkmilləşdirilməlidir ki, insanlar avtomobillərdən az istifadə etsinlər. İctimai nəqliyyatda sıxlıq olur, interval pozulur və vətəndaşlar ünvana lazımi anda rahatlıqla çata bilmirlər deyə məcburən avtomabillərə üz tutmalı olurlar. Belə məcburi sürücülər artıqca tıxacların da sayı artır".
Arzu Kürsüm Babazadə son olaraq qeyd edir ki, ən önəmli məsələlərdən biri də, sürücülərə haqsızlıq olunmadan velosiped zolaqlarının çoxaldılmasıdır.
Havar Şəfiyeva
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.