EN

"Azərsu"nun şöbə rəisindən dələduzluq: 165 ailədən pul alıb aradan çıxıb - DİN-ə müraciət olundu

Paytaxtın Yeni Günəşli qəsəbəsində yerləşən "Sahil - S İnşaat" şirkətinin tikdiyi binanın sakinlərinin qalmaqaldan, özbaşınalıqla üzləşməkdən, dələduzlarla mübarizədən heç başı açılmır. 

Şirkətin dələduz sahiblərinin həbsinə nail olub, ardınca binanın yarımçıq işlərinin böyük hissəsini həll edən, kommunal infrastrukturunun qurulmasında dövlət rəhbərliyindən, I Vitse Prezident Mehriban Əliyevadan dəstək alan bina sakinləri indi də başqa bir dələduzluqla qarşılaşıblar. 

Bu barədə "Anaxeber.info" vasitəsi ilə daxili işlər naziri Vilayət Eyvazova, Baş prokuror Kamran Əliyevə müraciət edən sakinlərin sözlərinə görə, bu dəfə "Azərsu" ASC-nin Suraxanı rayon idarəsinin qəza şöbəsi rəisi Murad Məmmədov onları aldadıb. Belə ki, binanın içməli su təchizatı təmin olunması ilə yanaşı fasilələr olduqda su çənindən istifadə edilməsinə üçün sakinlər kömək istəyib. 

İdarənin qəza şöbəsi rəisi Murad Məmmədov da su hovuzundan mənzillərə suyun verilməsini təşkil etmək məqsədi ilə sakinlərdən 1000 manat alıb. Lakin pulu aldıqdan sonra qəhətə çıxıb. Sakinlər onunla əlaqə saxlaya bilmirlər. Onlar "Azərsu" ASC-nin Suraxanı idarəsinin rəisinə yaxınlaşıblar. 

Amma idarə rəisi deyib ki, Murad Məmmədov yoxdur və işə gəlmir. Sakinlər anlayıblar ki, daha bir dələduzla üzləşiblər. Amma əvvəl şirkət sahibləri idisə, indi dövlət qurumunun nümayəndəsi vətəndaşların pulunu alıb onlara yalan bəd verib. 

Bu dələduzluq faktı ilə bağlı sakinlər DİN rəhbərliyindən kömək istəyir. Həmçinin "Azərsu" rəhbərliyinin şöbə rəisinin bu əməli ilə bağlı daxili təhqiqata başlanması haqda tapşırıq verməsi tələb olunur. 

Göründüyü kimi, bir dəfə dələduzluq qurbanı olmuş 165 ailəyə dövlət dəstək verdiyi halda, dövlətin bir idarəsinin şöbə rəisi 1000 manat alıb aradan çıxıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
102
Sources
Comment ()
Close

Rating

SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
375
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
375
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
364
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
348
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
299
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
293
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
133
Helikopterdə olan Təbriz imamı danışdı: Sağdır!
124
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
117
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
107
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
101
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
79
Urmu şəhərində məscidin qapı və pəncərələri oğurlanıb
76
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
72
Arda dubl etdi - VİDEO
67
Azay Quliyev: “Azərbaycan açıq məktubla Minsk qrupundan çıxdığını bəyan etməlidir”
57
Arda Gülər dayanmır, yenə fərqləndi -
45
Konqoda üsyançıların lideri öldürülüb
43
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
40
Fərda görüşdüyü qadını başqa kişi ilə tutdu: Gördüm ki, maşında... - VİDEO
38