EN

Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)

"Əslində tibbi arayışın elektronlaşması elektron səhiyyənin bir tərkib hissəsidir”. 

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla sağlamlıq haqqında arayışların elektronlaşdırılması ilə bağlı qərardan danışarkən deyib. 

Professorun fikirincə, səhiyyə bir sistemə keçdikdən, bütün respublika üzrə vahid sistem kimi fəaliyyət göstərdikdən, ailə-həkim institutu formalaşdıqdan, xəstələrin bütün sənədləri həmin proqramda öz əksini tapdıqdan sonra əlbəttə arayış vermək asan olacaq:

"Bir də ki, başqa dövlət orqanları bu cür arayışları da əldə edə biləcəklər. Amma bunun üçün xeyli iş  görmək lazımdır. Hər bir kəsin xəstəlik tarixcəsi  olmalıdır. Çünki sağlamlıq arayışları çox vacibdir. Həmin arayışı alan şəxsin ictimai iaşə müəssisəsində işləmək məsələsi ortaya çıxa bilər. Yəni, təlabatlar  çox vaxt belə yerlərdən olur”. 

Adil Qeybulla bu arayışların verilməsində hər kəsi diqqətli olmağa səsləyib:

"Dürüst olsunlar, vətəndaşın real durumunu əks etdirsinlər. Bu baxımdan da xeyli iş görülməlidir.  Vətəndaşların sağlamlıq parametrləri dəqiq olaraq  proqrama yerləşdirilməlidir”. 

Qeyd edək ki, tibbi arayışların verilməsi elektronlaşdırılıb. Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov məlumat verib. O, "Ən çox tələb olunan tibbi arayışlar elektronlaşdırılıb. Bu, kağız üzərində olan arayışlara bərabər olacaq. Mayın 1-dən etibarən sağlamlıq haqqında arayış və sürücülüyə yararlı olmaq barədə tibbi arayışları elektron formada tibb müəssisələrində rahat və operativ şəkildə əldə etmək mümkün olacaq”-deyə, bildirib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
1
Sources
Comment ()
Close

Rating

Qəzada öldüyü deyilən İran rəsmisi sağ tapıldı
35605
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
24075
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
18842
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14844
Rəisinin helikopteri buna görə qəzaya uğrayıb – İlkin ehtimal
12448
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11597
Helikopterin qalıqları tapılıb
10986
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
8125
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
7715
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6859
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
6371
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5660
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
5431
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
4623
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4332
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3829
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
3317
Abdullahian ölümündən dəqiqələr öncə... - FOTO
3042
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2323
İran rəhbərinin vəfat edəcəyi təqdirdə Rəisini kim əvəz edəcək?
2250