EN

Bu dəfə yandılar...

Mediada və sosial şəbəkələrdə kimliyi gizlətməyin ömrü 40 gün yox, bəzən 400 gün də ola bilər. Zaman sürəyindən, əsl simanın qapandığı maskanın qalınlığından və hazırlanma ustalığından asılı olmayaraq mütləq günlərin birində o maska yırtılır, gerçək üz görünür.

Mütləq görünür.

İkrah doğurur.

Çünki həmin günədək bu şəxsin sima olduğu, sima sahibliyi güman edilirdi, ona inananlar vardı, onun dediklərini ölkənin və xalqın mənafeyini düşünən şəxsin söylədikləri hesab edirdilər. Bu şəxsi hakimiyyətə qarşı sərft müxalifətdə duran, ondan da sərt tənqidlərinə fasilə verməyərək vətəndaşların lap yaxşı yaşamalarını istəyən insan sanırdılar.

Fəqət maska düşəndə sima görünmür, çünki o şəxs simasızdır, sima sahibi deyil.

Simasız bir şəxs yox, şəxslərdirsə - onlara inananların, güvənənlərin, bu adamların dürüst danışdıqlarını hesab edənlərin halını təxminləmək çətin deyil.

İnananlar sadəlövh olsalar da: axı simasızlara etibar etməkdən böyük yanlışlıq ola bilərmi?

... Berlində keçirilən və "XV Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmenti" adlanan nüfuzlu zirvə toplantısına Azərbaycan Prezidenti də qatılmışdı.

Almaniya rəhbərliyi ilə görüşlər keçirildi, Bakının yürütdüyü siyasət, haqq üçün apardığı mübarizə, Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərqərarı üçün gördüyümüz işlər, planlar və niyyətlərdən bəhs olundu.

Danışıqların keçirildiyi binaın qarşısındakı yolun bu üzündə isə ermənilər vardı.

Bir dəstə erməni əllərində Ermənistan bayrağı, Xankəndində intihar etmiş keçmiş separatçı xuntanın tetrisli əski parçasını, həmçinin şüarları yelləyərək bağırışırdılar.

Onlardan bir qədər kənarda isə özlərini "siyasi mühacir", "siyasi qaçqın", "siyasi-ictimai fəal", "müstəqil bloqer" adlandıran qrup vardı.

Ermənilərlə unison qışqırırdılar. Söylədikləri də Azərbaycana qarşı yönəlmiş sözlərdi.

Hədəfləri eyni idi bu "müstəqil"lərlə ermənilərin.

Berlindəki aksiyaya çıxmış ermənilərin bu yığnağının təşkilatçıları məlumdur - "Erməni Məsələsi" ("Hay Dat") təşkilatının Almaniya və Fransa bölmələri, Ermənistan İnqilabi Federasiyası-Daşnaksutyun və Almaniya Erməni Təşkilatları Assambleyası.

Azərbaycan Prezidentini görəndə bağırmağa başlayan, isterik çığırtıları ilə alman mediasının diqqətini cəlb etməyə çalışan ermənilərin məramları aydın.

Dəyişən heç nə yoxdur: həmişəki ermənilər, eyni şüarlar, rutin "tələb"lər və sabit yalanlar.

Onlardan bir qədər kənarda durub səs-səs verən "siyasi fəallar" isə yalnız ikrah hissi doğura bilərdi.

Azərbaycan hakimiyyətini tənqid etmək, ən sərt şəkildə müxalifətçilik etmək, söz və fikir azadlığından faydalanıb mövqeni izhar etmək, ən nəhayət - Azərbaycanı tərk edərək Almaniyayı sığınmağın, əziyyət və zillət çəkməyin hesabını hakimiyyətdən soruşmağın qəribəliyi varmı?

Təbii ki, yox.

Hakimiyyəti istənilən vətəndaş tənqid edə bilər. Hətta Berlinə yollanaraq orada etiraz aksiyası da keçirə bilər. Ölkə Konstitusiyası, qanunvericilik buna imkan verir. Yəni normal durumdur.

Vəziyyəti anormallaşdıran isə bəhs etdiyimiz hüquqdan buna heç bir haqqı olmayan, Azərbaycanı tərk etdikdən sonra sığındığı ölkədə yerli xüsusi xidmət strukturlarının qucağına oturan, məramları çirkin, özləri qüsurlu mənəviyyatlı şəxslərin davranışıdır.

Ermənilərin yanında durub az qala ermənilərlə unison bağırmaq siyasi fəaliyyət, müxalifətçilik deyil.

Azərbaycan Prezidentinin Berlində olmasını girəvə bilib aldığı sifariş və təlimat əsasında bağırmaq, bunu smartfonla çəkib canlı yayına çıxmaq və təlimatları yerinə yetirmək müstəqillik deyil.

Onlar hakimiyyətin yox, dövlətin və xalqın əksindəki düşərgədə olduqlarının ya fərqinə varmırlar, ya da bunu bilərəkdən edərək özlərini sudan duru, mətin, əqidəli və ilaxır insanlar kimi göstərməyə çalışırlar.

Berlində Almaniyanın baş naziri Olaf Şoltsla birgə mətbuat konfransında İlham Əliyev söylədi: "Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər?

Fərdi məsələlərə, hadisələrə gəldikdə isə, təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə, demək istərdim ki, Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də".

Dəqiq, konkret və açıq söylənmiş fikirlərdir.

Siyasi mübarizəni Azərbaycana hədyanlar söyləmək məcburiyyəti qismində anlayanlar dərk etməli ki, söz azadlığı sözü qiymətdən salmaq azadlığı deyil.

Fikir azadlığı normal fikirdən azad olmaq sayılmır.

Demokratiya tələbi isə ermənilərin yanında durub az qala onların hər bağırtısına səs verib ümumi aksiya görüntüsünün yaranmasına səbəb olmaq deyil.

"Müstəqil bloqer"lər və "ictimai-siyasi fəal"lar bu dəfə kim olduqlarını əyan etdilər.

Sonuncu dəfəmi?

Düşünmürük, çünki yeni təlimat və əmr olarsa, onlar hətta ermənilərlə əl-ələ də verəcəklər.

Pulun qoxusunun olmadığını düşünüb yanılmasınlar, çünki indi onları uzaqdan duymaq olur kəsifliklərinə görə.

Elçin Alıoğlu
Milli.Az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
18
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22835
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14375
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
12883
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11306
Helikopterin qalıqları tapılıb
8626
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7911
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6882
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6642
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5120
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
4387
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4055
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3736
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3521
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
3059
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2771
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2060
Azərbaycan nefti ucuzlaşdı
1596
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1578
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1341
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1324