EN

Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir

Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsində və dünya bazarında mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.

“Report” xəbər verir ki, bunu Budapeştdə Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin ikinci iclası zamanı Türkmənistan Dəniz və Çay Marşrutları Agentliyinin sədri Batır Annayev deyib.

İclas iştirakçıları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə nəqliyyat və tranzit əməliyyatlarının sadələşdirilməsi, daşıma prosedurlarının rəqəmsallaşdırılması və multimodal əlaqənin təkmilləşdirilməsi üzrə tədbirlərə diqqət yetiriblər.

B.Annayev vurğulayıb ki, Türkmənistan Türkmənbaşı dəniz limanı vasitəsilə yüklərin daşınmasını artırmaq üçün fəal addımlar atır: “Tranzitin stimullaşdırılması üçün dəniz limanı rüsumları üzrə imtiyazların və daşımalarda güzəştlərin verilməsi daxil olmaqla, müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Türkmənbaşı ilə Bakı arasında müntəzəm bərələr hərəkət edir və quru yük gəmiləri fider daşınmasını təmin edir. Türkmənbaşı limanında “gömrük anbarı” rejimi malları gömrük rüsumu ödəmədən 3 ilə qədər saxlamağa imkan verir”.

Agentliyin rəhbəri bildirib ki, bu imkanlar bütün iştirakçı ölkələr üçün açıqdır.

Onun sözlərinə görə, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı bütün Mərkəzi Asiya regionunun əsas logistik mərkəzlərindən birinə çevrilmək imkanına malikdir:

“Bu liman Şərq-Qərb dəhlizinin halqası olmaqla Mərkəzi Asiyanın tranzit sistemində mühüm rol oynayır. İldə 17 milyon ton yükdaşıma qabiliyyətinə malik olan bu liman regionda tələbatın olduğu bütün növ malları qəbul etmək iqtidarındadır. Müntəzəm yük daşımaları Türkmənbaşı ilə Xəzəryanı dövlətlərin limanları üzrə həyata keçirilir”.

O vurğulayıb ki, dünyada baş verən geosiyasi hadisələr və Mərkəzi Asiyadan ənənəvi ixrac malları (gübrələr, kimya və neft məhsulları) bazarında qeyri-sabitlik fonunda yükdaşıma marşrutları dəyişir:

“Asiya və Çindən malların daşınması üçün ən populyar marşrutlar Şimal (Rusiya vasitəsilə), Orta (Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa) və Cənub (Qırmızı dəniz vasitəsilə) marşrutlarıdır. 2024-cü ilin əvvəlində Qırmızı dənizdə və digər bölgələrdə baş verən siyasi hadisələr Avropaya yüklərin daşınması qiymətlərinin kəskin artmasına səbəb olub. Bu baxımdan Xəzər və Qara dənizlər arasında Orta Dəhlizinin əhəmiyyəti artır. Layihədə iştirak edən ölkələrin onun inkişaf etdirilməsi üçün səylərinin birləşdirilməsi isə geniş perspektivlər açır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
120
2
Sources
Comment ()
Close

Rating

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
22561
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
14285
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
11253
Helikopter və təyyarə qəzasında həlak olan dövlət adamları – SİYAHI
10901
Helikopterin qalıqları tapılıb
8171
Helikopter qəzası ilə bağlı daha bir açıqlama
7800
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
6774
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
6630
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
5037
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
4036
Zaxarova XİN rəhbərlərinin görüşündən danışdı
3735
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
3604
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
3458
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2730
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
2032
Azərbaycan nefti ucuzlaşdı
1559
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
1521
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1317
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
1310
Xilasedicilər Rəisinin helikopterinin düşdüyü yerə doğru irəliləyiblər
1301