EN

Çində yolun çökməsi nəticəsində ölənlərin sayı 36-ya çatıb

Çinin cənubundakı Quanqdonq əyalətində yüksək sürətli magistralın bir hissəsinin uçması nəticəsində ölənlərin sayı 36-ya çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dağıntılar altından tapılan avtomobillərin sayı da artıb. Bu günə kimi xilasedicilər 23 avtomobil tapıblar.

Xatırladaq ki, faciə mayın 1-nə keçən gecə Meyçjou şəhərində baş verib. Sahəsi 184,3 kvadratmetr olan hissə dağılıb. İlkin olaraq dağıntılar altında 18 avtomobilin olduğu və 19 nəfərin öldüyü bildirilirdi. Daha sonra ölənlərin sayı 24-ə çatıb.

Xilasetmə əməliyyatı davam edir. Yerli mətbuatın məlumatına görə, zərərçəkənlərin müalicəsinə ən yaxşı həkimlər cəlb olunub. Dağılmanın səbəbləri hələlik açıqlanmayıb.

Gülayə Mecid  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
65
unikal.az

1Sources