EN

Mourinyonu geri qaytarmaq istəmədi - “Mançester Yunayted”

“Mançester Yunayted”in keçmiş baş məşqçisi Joze Mourinyo bura qayıtmayacaq.

Sportinfo.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis daha əvvəl 2016-2018-ci illərdə rəhbərlik etdiyi komandaya qayıtmaq istədiyini bildirib.

“Qırmızı şeytanlar” onun namizədliyi ilə maraqlanmadığından, 61 yaşlı məşqçinin sabiq klubuna qayıtması qətiyyən baş tutmayacaq.

Mançester təmsilçisinin Qrem Potter, Qaret Sautqeyt və Angelos Postekoqlu kimi mütəxəssislərlə maraqlandığı bildirilir.

Mourinyo “qırmızı şeytanlar”dan ayrıldıqdan sonra “Roma”nı çalışdırıb. Portuqaliyalı məşqçi yanvar ayında klubdan ayrılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
150
sportinfo.az

1Sources