EN

KOBİA Türkiyənin DEİK təşkilatı, eləcə də SESRİC ilə sənədlər imzalayıb (FOTO)

Bakı. Trend:

Ankara şəhərində keçirilmiş Azərbaycan Respublikası ilə TürkiyəRespublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgəHökumətlərarası Komissiyanın 11-ci iclası çərçivəsində Kiçik vəOrta Biznesin İnkişafı Agentliyi və Türkiyənin Xarici İqtisadiƏlaqələr Komitəsinin (DEİK) nəzdində Türkiyə-Azərbaycan BiznesŞurası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və DEİK-insədr müavini Erdal Eren imzalayıblar. Anlaşma Memorandumu iki ölkəarasında idxal və ixracın inkişafı ilə bağlı qarşılıqlı məlumatmübadiləsi, investisiya və sənaye layihələri barədə işgüzardairələrin məlumatlandırılması sahəsində əməkdaşlıq, birgətədbirlərin təşkili kimi məsələləri özündə əks etdirir.

KOBİA nümayəndələri hər iki ölkənin rəsmi şəxslərinin və işadamlarının iştirakı ilə keçirilmiş Türkiyə-Azərbaycan biznesforumunda da iştirak ediblər. Tədbirdə KOBİA tərəfindən ölkələrimizarasında kiçik və orta biznes sahəsində əlaqələrin inkişafıistiqamətində görülən tədbirlər və perspektiv imkanlar barədəməlumat verilib. Qeyd olunub ki, indiyədək KOBİA ilə Türkiyəninmüvafiq qurumları arasında 11 anlaşma memorandumu və 2 niyyətprotokolu imzalanıb. Son dövrlər ölkələrimizin regionları arasındada işgüzar münasibətlərin genişlənməsi müşahidə olunur. KOBİATürkiyənin sahibkarların təşkilatlanması, KOB-lara dəstəkmexanizmləri sahəsində müsbət təcrübələrindən yararlanır. Agentlikvasitəsilə kiçik və orta bizneslərə göstərilən dəstəkmexanizmlərinin əksəriyyəti məhz Türkiyə təcrübəsi əsasgötürülməklə hazırlanıb.

Səfər zamanı həmçinin KOBİA-nın İdarə Heyətinin sədri OrxanMəmmədov və İslam Ölkələri üzrə Statistik, İqtisadi, SosialAraşdırmalar və Təlim Mərkəzinin (SESRİC) Baş direktoru ZehraZümrüt Selcuk arasında görüş keçirilib. Görüşdə KOBİA-nınsahibkarların bilik və bacarıqlarının artırılması istiqamətindədəstəyi barədə məlumat verilib, qarşılıqlı ekspert mübadiləsiimkanları, biznes dairələri arasında əməkdaşlığı gücləndirəcəktədbirlərin təşkili, eləcə də cari ildə Bakıda keçiriləcəkAzərbaycan Halal Biznes və Turizm Forumuna təşkilatın dəstəyiməsələləri müzakirə edilib. Görüş çərçivəsində KOBİA və SESRİCarasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənəddətərəflər arasında əməkdaşlığın gücləndirilməsi, hər iki ölkənin KOBsahəsində əlaqələrinin inkişafı üçün müvafiq tədbirlərin, ocümlədən məlumat və təcrübə mübadiləsinin, sahibkarlıq sahəsindətəlim proqramlarının reallaşdırılması, birgə layihələrin icrasıkimi məsələlər nəzərdə tutulur.

KOBİA
KOBİA
KOBİA
KOBİA
KOBİA
KOBİA
KOBİA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
32
7
az.trend.az

10Sources