EN

Benzia gələcək karyerası ilə bağlı hansı qərarı verib?

style='margin-bottom:10px;'>

“Qarabağ”ın yarımmüdafiəçisi Yasin Benzia bir neçə Fransa klubunun maraq dairəsinə düşüb.

QOL.az xəbər verir ki, bu barədə Əlcəzairin “Fennec Football” portalı mılumat yayıb.

İddiaya görə, 29 yaşlı futbolçu ilə başqa Avropa klubları maraqlansa da, o, Liqa 1-ə qayıtmağa üstünlük verir. Bu baxımdan Benzia üçün iki versiya ortaya çıxır: onun ilk klubu, yetirməsi olduğu “Lion” və “Nitsa”.

Bununla belə, “Qarabağ”la müqaviləsi 2025-ci ilin yayına qədər olan Benzia yaxın gələcəyi ilə bağlı qərarını təxirə salmaq qərarına gəlib. O, diqqətini Əlcəzair millisinin Qvineya (6 iyun) və Uqanda (10 iyun) ilə qarşıdakı matçlarına yönəltmək istəyir. Benzianın sözügedən görüşlər üçün milliyə çağırılacağı gözlənilir.

Qeyd edək ki, Y.Benzia 2023-cü ildən Ağdam təmsilçisinin formasını geyinir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
119
13
teleqraf.com

10Sources