İsrailin baş naziri Benyamin Netanyahu Rusiya prezidenti Vladimir Putinə Qələbə Günü münasibətilə təbrik göndərib.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a İsrailin Rusiya Federasiyasındakı səfirliyindən məlumat verilib.
"Baş nazirimiz Rusiya Federasiyasının prezidentinə Qələbə Günü münasibətilə təbriklər göndərib", - deyə məlumatda qeyd edilib.
Bundan əvvəl İsrailin Rusiyadakı səfiri Simone Halperin bildirib ki, o, Qırmızı Meydanda keçirilən Qələbə Paradında iştirak edib.