Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 107-yə, itkin düşənlərin sayı isə 136-ya yüksəlib.
"Operativ Media" xəbər verir ki, bu barədə Braziliya Dövlət Mülki Müdafiəsi məlumat yayıb.
Bildirilib ki, 374 yaralı xəstəxanalarda müalicə olunur, axtarış-xilasetmə işləri fasiləsiz davam etdirilir.
Məlumata görə, hələ də minlərlə insana elektrik enerjisi və internet xidməti verilmir. Ölənlərin sayının daha da artacağı təxmin edilir.