Bananla asan piroq

Bananla asan piroqun hazırlanma qaydasını təqdim edirik:

Tərkibi:

xəmir:
200 q un
1 yumurta
1 x.q. şəkər tozu
1 ç.q qabartma tozu
100 q kərə yağı

üzərinə:
200 q xama
1 yumurta
2 x.q. un
100 q şəkər tozu

iç:
2 banan

Şəkər tozunu yumurta ilə çalın.
Qabartma tozu və yumşaldılmış kərə yağını əlavə edin. Un qatıb yaxşıca qarışdırın.
Bananı fal-fal doğrayın.
Yumurtanı şəkər tozu, xama və unla çalın.
Yağlanmış formaya xəmiri döşəyin, kənarlarını qaldırın.
Üzərinə banan dilimlərini düzün.
Üzərinə xamalı qarışığı tökün.
180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!



  • AÇAR SÖZLƏR
PAYLAŞ