Mayonezi özünüz evdə hazırlayın – RESEPT

Mayonezi çoxumuz sevirik. Salatlardan tutmuş kartof qızartmasına qədər bir çox yeməklərdə istifadə edirik. Bəs mayonezi özünüz evdə hazırlaya bilərsiniz? Aile.lent.az çox ləzzətli və praktik ev mayonezi reseptini təqdim edir.

 

Lazım olan ərzaqlar:

 

2 dənə yumurta sarısı

1 desert qaşığı su

1 desert qaşığı xardal

500 ml. günəbaxan yağı

Yarım çay qaşığı duz

1 qaşıq limon suyu

 

Hazırlanma qaydası:

 

Yumurtaların sarısını ağından ayırıb çırpın, günəbaxan və ya zeytun yağını az-az əlavə edərək qarışdırın. Ardınca xardal və az-az su əlavə edərək qarışdırın. Qalan yağı və limon suyunu qataraq çırpın. Son olaraq duzu tökün, qarışdırın. Mayonezi ağzı bağlı şüşə qaba qoyub soyuducuda saxlayın.

 

Nuş olsun!



  • AÇAR SÖZLƏR
PAYLAŞ