Plovlu balıq – RESEPT

Axşama nə hazırlayacağınıza hələ qərar verməmisiniz? Aile.lent.az sizə dadlı resept təqdim edir: Plovlu balıq. Bişirilməsi asan olmasa da, çox ləzzətli yeməklərdən sayılır.

Ərzaqlar:

500 kq karp balığı

1 çay stəkanı düyü

1/2 stəkan su

10 göbələk

1/2 stəkan kərəviz sapı

1 pomidor

3 yaşıl bibər

3-4 ədəd şüyüd

1 çay qaşığı nanə

Duz, istiot

Hazırlanması:      

Düyünü duzlu suda qaynadın. Qaynayan suyunda bir az saxladıqdan sonra süzün.

Balığı təmizləyin və iki yerə bölərək az suda qaynadın.

Kərəviz saplarını təmizləyib acı bibərlə birlikdə incə-incə doğrayın.

Göbələkləri iki hissəyə bölün.

Pomidoru kub şəklində doğrayın.

Balığı bir qazana düzün. Üzərinə düyü, göbələk, pomidor və digər ərzaqları əlavə edin. Qazanın ağzını bağlayıb 15 dəqiqə bişirin.

İsti olaraq süfrəyə təqdim edin.

Nuş Olsun!



  • AÇAR SÖZLƏR
PAYLAŞ