Ən uzun gecənin səhəri - Çox diqqətli olun

Qış saatına keçidin tətbiq edilməməsi gün işığından kifayət qədər faydalanmağa imkan vermir. Qaranlıq insan psixologiyasına mənfi təsir edir. İlin ən uzun gecəsi isə maddələr mübadiləsi baxımından mənfi hallar yaradır. Hətta insanların özünü bədbəxt hiss etməsinə də səbəb olur. 

Elə isə, bu mənfi hislərdən necə azad olmaq mümkündür? Türkiyəli həkim Funda Şensoy qış boyu yeyilən qoz, C vitamini və ədviyyatların insanlara xoşbəxtlik bəxş etdiyini deyib. O, bu qidaların depressiyanın öhdəsindən gəldiyini iddia edir.

Mütəxəssis deyib ki, qoz ilə alınan yüksək miqdarda omeqa-3 yağ turşusunun depressiyanı azaltdığına dair bir çox elmi araşdırmalar var: “ Qoz ehtiva etdiyi melatonin hormonuyla yuxu nizamsızlığının öhdəsindən gəlir, antioksidan xüsusiyyəti ilə qış aylarında xəstəliklərdən qorunmağı  təmin edir. Ədviyyatlar isə ehtiva etdikləri maqnezium nisbətiylə depressiya zamanı tez-tez müşahidə edilən gün ərzində əsəb gərginliklərinin qarşısını alır. Məsələn, 1 yemək qaşığı qurudulmuş keşniş tozu gündəlik maqnezium ehtiyacının təxminən 3 faizini qarşılayır”.

Bununla yanaşı, nanə, adaçayı və reyhan maqnezium baxımından zəngin ədviyyatlardır. C vitamini çatışmazlığının isə bəzi depressiya hallarının qaynağı olduğu sübut edilib. (Aile.lent.az)

Popstar.az



  • AÇAR SÖZLƏR
PAYLAŞ