Ağrıları azaldan, təzyiqi salan EFFEKTLİ VASİTƏ

Bu ucuz və effektli müalicəvi vasitə keçmişdə daha tez-tez istifadə olunurdu. Təəssüf ki, hazırda “qrelka” müalicəvi vasitə kimi demək olar unudulub.

İstənilən nahiyəyə qoyulan isti “qrelka” yerli qan dövranını yaxşılaşdırır və bununla da bir sıra sağlamlıq problemlərini həll etməyə kömək edir.

İsti “qrelka” bu kimi hallarda çox effektli müalicəvi vasitə kimi istifadə oluna bilər:
 
1. Soyuqdəymədən şübhələnirsinizsə, pəncələrin altına isti “qrelka” qoyun. Pəncələrdə çoxlu sayda bioloji aktiv nöqtələr var. Bu nöqtələrə təsir etməklə siz soyuqdəymənin və zökəmin qarşısını ala bilərsiniz.
 
2. Təzyiqiniz qalxıbsa, isti “qrelkanı” pəncələrə və (və ya) baldırlara qoyun. Nəticədə ayaq damarları genişlənəcək, qan bura yönələcək və bu da təzyiqin azalmasına kömək edəcək.
 
3. Miqren zamanı pəncələrə qoyulmuş “qrelka” ağrını azaldır.
 
4. Sistit zamanı isti “qrelka”nı qarnın aşağı hissəsinə qoyun.
 
5. Artrit zamanı “qrelka”nı xəstə oynağın üzərinə qoyun. Bu, ağrıları azaldacaq.
 
6. Köp zamanı “qrelka”nı qarnın üzərinə qoyun. Bu, köpü və ağrıları azaldır.
 
7. İsti “qrelka” qaraciyərin fəaliyyətini yaxşılaşdırır. “Qrelka”nı sağ qabırğaaltı nahiyəsinə qoyun və 20 dəqiqə uzanın.
 
Nəzərə almaq lazımdır ki, bəzi hallarda “qrelka”dan istifadə sağlamlığa ziyan vura bilər. Belə ki, səbəbi bilinməyən qarın ağrıları, tromboflebit, qanaxmalar zamanı və bəzi digər hallarda bu vasitədən istifadə etmək olmaz. (saglamolun.az)

Popstar.az



  • AÇAR SÖZLƏR
PAYLAŞ