Şeyx: "Sosial şəbəkədə foto yaysanız, xərçəngə tutulacaqsınız" - VİDEO

Səudiyyə Ərəbistanında populyar din xadimlərindən biri, şeyx Səad əl Ətiq "Səudi Əhvaz" telekanalında çıxış edərkən belə deyib.

"Üzümü tuturam valideynlərə! Sosial şəbəkələrdə fotolarınızı, xüsusilə də övladlarınızla olan fotoşəkillərinizi paylaşmaqdan çəkinin. Övladlarınızın fotosunu sosial şəbəkədəki profilə yerləşdirsəniz, risk edəcəksiniz. O fotoya baxanların kim olduğunu bilmirsiniz. 

Övladınız gözə gələ bilər, neqativ enerjinin hədəfinə çevrilər. Hətta ən ağır xəstəliklərə, məsələn, xərçəng xəstəliyinə tutula bilər. Sosial şəbəkələrə aludə olaraq ailənizi, övladlarınızı riskə atmayın".

Popstar.az




  • AÇAR SÖZLƏR
PAYLAŞ