Xalq artisti rəfiqəsini ifşa etdi: "Telefon danışığını tutdum"

Xalq artisti Nazpəri Dostəliyeva "Xəzər maqazin"ə müsahibə verib. Şou-biznesdə heç kimlə küsülü olmadığını bildirib və gənc ifaçılara məsləhət verib:

“Küsülü olduğum həmkarım yoxdur. Bir dəfə mənimlə eyni yaşda olan bir ifaçının başqası ilə telefon danışığına qulaq asdım. Mənimlə bağlı dediklərinə məyus oldum. Rəfiqəm idi. Amma küsmədim, bunu onun səhvi kimi qəbul etdim. 

Gənc ifaçılara demək istəyirəm ki, musiqi seçimini düzgün edin. Gözəl mahnılar təqdim edin. Zarafatın öz yeri var, amma həddində. Aşırı zarafatla tamaşaçını qıcıqlandırmayın".

Popstar.az



  • AÇAR SÖZLƏR
PAYLAŞ