Yumurtadan fərqli səhər yeməyi hazırlayın - RESEPTLƏR

Səhər qaçışından və ya gəzintisindən sonra günə gözəl başlamaq üçün bəzən iki yumurta bişirib yemək kifayətdir. Aile.lent.az isə bu iki yumurtanı bişirməyin bir neçə üsulu ilə sizi tanış edir.
 
Qıymalı yumurta resepti
 
Ərzaqlar:
 
- 3 ədəd yumurta
- 150 qr qıyma
- 3 dənə yaşıl və ya qırmızı bibər
- Duz, istiot
- 1 dənə pomidor
 
Hazırlanması:
 
Qıymalı yumurta hazırlamaq üçün əvvəlcə qıymanı qovurun. Sonra üzərinə xırda doğradığınız bibərləri əlavə edin. Bibər yumşaldıqdan sonra pomidoru tökün və bişirin. Son olaraq ədviyyatları qatın. 
 
Soğan içi yumurta resepti
 
Ərzaqlar:
 
- Yumurta
- Soğan
- 2 xörək qaşığı kərə yağı
- Duz və qırmızı pul bibər
 
Hazırlanması:
 
Soğanın qabığını doğrayın və xırda-xırda dilimləyin. Sonra tavanın içərisində kərə yağını əridib, dilimlədiyiniz soğan halqalarını əlavə edin, 3 dəqiqə qovurun. Daha sonra yumurtanı soğan halqasının üzərinə tökün. Tavanın qapağını bağlayın və az odda bişirin.
 
Bibər içi yumurta resepti
 
Ərzaqlar:
 
- 1 ədəd yumurta
- 1 ədəd sarı bibər
- 2 yemək qaşığı kərə yağı
 
Hazırlanması:
 
Bibəri yuyub 5 mm ölçülərində doğrayın. Sonra kərə yağı olan tavanın içərisində qovurun, əzməməyə çalışın. Bibər yüngül yumşaldıqda içinə yumurtanı qırın və qapağını bağlayaraq bişirin.
 
Pendirli yumurta resepti
 
Ərzaqlar:
 
- 2 ədəd yumurta
- 3 xörək qaşığı qaymaqlı pendir
- Az miqdarda kərə yağı
- Qırmızı pul bibər və qara bibər
 
Hazırlanması:
 
Tavada yağı əridin. Sonra pendir və ədviyyatları əlavə edin və üzərinə yumurtanı qırın. Hazırdır.
 
Qovurmalı yumurta resepti
 
Ərzaqlar:
 
- 2 ədəd yumurta
- 30 qr qovrulmuş quşbaşı ət
- Az miqdarda kərə yağı
- Kəklikotu, qırmızı pul bibər və duz
 
Hazırlanması:
 
Kərə yağını tavada əridin. Sonra içinə qovrulmuş əti də əlavə edərək tavanın orta hissəsində bir boşluq açın. Həmin boşluqlara yumurtaları qırın və bişirin.
 
Nuş olsun!

Popstar.az



  • AÇAR SÖZLƏR
PAYLAŞ