Kasıbın fahişə pulunu dövlət ödəyəcək - YENİ QANUN

Almaniyanın müxalif "Yaşıllar Partiyası" parlamentə bir sıra qanun layihəsi təqdim etməyə hazırlaşır.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, hər bir insanın nizamlı bir cinsi həyatı olmağının vacib olduğunu müdafiə edən "Yaşıllar" yoxsulluq səbəbiylə hər hansı bir qadınla cinsi əlaqəyə girə bilməyən şəxslərin dövlət yardımıyla fahişəxanalara aparılmasını və pulun da dövlət tərəfindən ödənilməsini tələb edir.

Bununla da ölkədəki zorakılıq hallarının da azalacağını qeyd edən partiya rəhbəri Elizabet Şarfenberq: "Kasıb insanlar maddi problemlər səbəbiylə cinsi ehtiyacını təmin etməyə bilərlər. Onlar fahişə yanına getmək üçün pula da sahib deyillər. Dövlət bu insanlara kömək etməlidir. Bu qayda fiziki və əqli qüsurlu insanlar üçün də nəzərdə tutulub", - ifadələrini işlədib.

Qeyd edək ki, fahişəliyin qanuni olduğu Almaniyada dövlət səviyyəsində xeyli sayda fahişəxana var.

Popstar.az



  • AÇAR SÖZLƏR
PAYLAŞ