RU

İsraildə ər-arvad 70 il birgə yaşayıb, eyni gündə dünyalarını dəyişib

“Əgər atam gecənin ortasında yuxudan ayılırdısa, anam bunu hiss edib və o da yuxudan ayılıb…”
Məşhur nağıldan hamımıza bu ifadə yaxşı məlumdur: “Onlar uzun müddət və xoşbəxt yaşayıb, eyni gündə dünyalarını dəyişib”.
İsraildən olan Xana və Davidlə məhz belə olub, onlar 70 ildən artıq bir müddətdə birgə yaşayıb, eyni gündəcə dünyalarını dəyişib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “vesty.co.il” nəşri yazıb.
91 yaşlı Xana və 93 yaşlı David 70 ildən artıq müddətdə nikahda olub və eyni gündə bir neçə saat fərqlə dünyalarını dəyişib.
Hər şey “Yediot Axronot” nəşrindəki matəm elanından başlayıb.
Jurnalistlər ər və arvadın nelkroloqlarındakı eyni tarixə diqqət yetirib.
Heç demə, bunun arxasında 70 ildən artıq, ər-arvadın son nəfəsinədək davam edən qəribə sevgi tarixçəsi gizlənib.
“Bizim valideynlərimiz bir-birini dəlicəsinə sevib, – bunu Xana və Davidin qızı Orna Şoval-Reqev deyib. – Onlar uzun illər qarşılıqlı anlaşma və bir-birinə hörmət hissi ilə yaşayıb.
Onlar həmişə bir dalğada olub. Əgər atam gecənin ortasında yuxudan ayılırdısa, anam bunu hiss edib yuxudan oyanardı”.
Xana və David son nəfəsinədək belə olublar. “Atam öz köməkçisi içə ticarət mərkəzi boyunca gəzişib, – Orna xatırlayır.
Bu zaman son illər ağır xəstə olan anam həyatdan köçüb. Atam o saat narahatlıq hiss edib, ürəyi bulanıb.
O, evə dönməyini istəyib. Orada ona anamın vəfat etməsi barədə məlumat verilib.
Atam başını tutaraq qışqırıb: “Mən ondan tez ölmək istəyirdim!” Bu məqamdan başlayaraq o, hey qışqırıb və inildəyib.
Biz onu xəstəxanata apardıq. Lakin onu daha heç nə xilas edə bilməzdi.
Bir neçə saatdan sonra atam dünyasını dəyişdi. Atam ona görə vəfat etdi ki, qəlbi qırılmışdı”.
Orna və qardaşı Dori eyni zamanda ata və anasını itirib. “Bu, çox kədərlidir, – Orna deyir.
Lakin mən anamın ölümünü eşidəndən sonra atamın necə dözülməz ağrı keçirdiyini görmüşəm. O, gözlərini yumanda, anladım ki, onun ruhu dinclik tapıb”.
“Onların birlikdə dünyadan köçməsindən təskinlik tapmaq olar, – Dori əlavə edib. – Onlar həmişə deyirdi ki, eyni gündə ölmək istəyir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
341
1
Источники
Комментарий ()
Закрывать

Рейтинг

Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
17364
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq”
12482
SEPAH komandirindən Rəisinin helikopteri ilə bağlı MÜHÜM AÇIQLAMA
9955
"Rəisinin qəzaya düşdüyü yer çox soyuqdur, orada ayılar yaşayır" - YERLİ SAKİNLƏR
4122
IRNA: Helikopterin qəzaya uğradığı yer dəqiq müəyyən edilib
3714
Helikopter qəzası ilə bağlı YENİ DETALLAR: "Həmin ərazidə bir saat əvvəl..."
3177
“Helikopter tapılmayıb, yalandır” – Təkzib gəldi
2987
“Bir neçə dəqiqədən sonra şad xəbər alacağıq” - Qızıl Aypara Cəmiyyəti
2585
Məşhur azərbaycanlı aktyor bu tanınmış müğənninin qardaşı imiş - FOTO
2210
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
2100
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar
1565
Helikopterdə olan Təbriz imamı ilə əlaqə yaradıldı: Sağdır!
1189
Azərbaycan nefti ucuzlaşdı
1092
Xoşqədəm Hidayətqızının səhhətində ciddi problem yaranıb
1013
Rəisinin helikopterinin qəzaya uğradığı yer - Foto
980
Bagiri əmr verdi: Bütün ordu axtarışlara cəlb olundu
968
Rəisidən hələ də xəbər yoxdur - Yenilənib
954
Mayın ilk gününün havası açıqlanıb
873
Prezident İlham Əliyev İran Prezidenti İbrahim Rəisinin helikopterinin qəza enişi etməsi ilə bağlı paylaşım edib
805
Arda dubl etdi - VİDEO
777